Əjdahanın çıxışı (ing. Enter the Dragon) — 1973-cü ildə Brüs Linin iştirakı ilə çəkilən Honkonq filmidir. "Əjdahanın çıxışı" filmi 2004-cü ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[2] Bu film, Warner Bros. şirkəti tərəfindən Çin döyüş sənətləri haqda çəkilən ilk filmdir. Brüs Linin 20 iyul 1973-cü ildə vəfat etməsindən 6 gün sonra 26 iyul 1973-cü ildə film Honkonqda ilk dəfə nümayiş olunmuşdur. Filmin ssenarisi orijinal ssenaridən müxtəlif cəhətləri ilə fərqlənir.
Əjdahanın çıxışı | |
---|---|
ing. Enter the Dragon | |
Janr | döyüş filmi, triller filmi, döyüş sənətləri filmi[d] |
Rejissor |
|
Prodüserlər | |
Baş rollarda | |
Bəstəkar |
|
İstehsalçılar | Warner Bros., Concord Production Inc.[d] |
Distribütor | Warner Bros., Orange Sky Golden Harvest |
İlk baxış tarixi | 26 iyul 1973[1], 17 avqust 1973[1], 19 avqust 1973[1], 18 oktyabr 1973[1], 23 noyabr 1973[1], 1 dekabr 1973[1], 22 dekabr 1973[1], 25 dekabr 1973[1], 10 yanvar 1974[1], 11 yanvar 1974[1], 18 yanvar 1974[1], 25 yanvar 1974[1], 30 yanvar 1974[1], 11 mart 1974[1], 24 dekabr 1974[1], oktyabr 1980[1], 22 iyun 1982[1], 17 iyul 1986[1] |
Müddət | 98 dəq. |
Büdcə | 850.000 $ |
Gəlir | 90.000.000 $ |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Honkonq |
IMDb | ID0070034 |
Vikianbarda əlaqəli mediafayllar |
Britaniya kəşfiyyatının nümayəndəsi olan Bretueyt adlı gizli agent Lidən Hanın hazırladığı döyüş turnirinə qatılmasını istəyir. Li Şaolin məbədinin ən güclü tələblərindən biridir. Li müəllimindən öyrənir ki, bir vaxtlar Han da buranın döyüşçüsü olmuş, lakin məbəddə öyrəndiyi döyüş sənətindən hakimiyyəti ələ almaq üçün istifadə etmişdir. Bu səbəbdən Han məbəddən qovulmuşdur.
Han İkinci Dünya müharibəsindən sonra ələ keçirdiyi kiçik adada hər üç ildən bir döyüş turniri təşkil edir. Burada o, narkotik alveri, qadın ticarəti və digər qanuna zidd işlərlə məşğul olur. Onun bir əli olmadığından kəsici dəmir əllər taxır. Kəşfiyyat orqanları burada olan əxlaqsız qadınlar sırasına Mey Lin adlı agent qızı göndərmişlər. Lakin ondan hal-hazırda xəbər yoxdur.
Bir müddət sonra Li atasından öyrənir ki, Hanın əlaltılarından biri olan O'Hara onun bacısı Su Linin qətlində günahkardır. Bu səbəbdən Li Hanın qüvvələrini zərərləşdirməklə yanaşı, həm də intiqam almaq niyyətindədir. Kiçik qayıqlarda gələn döyüşçülərdən olan amerikalı Roper və afroamerikalı Vilyams turnirə qatılmaq niyyətindədirlər. Onların bura gəlməsinə səbəb həyatlarında baş verən hadisələrdir. Roper döyüşün qalibi olaraq pul qazanmaq və quldurlara uduzduğu pulu qaytarmaq istəyir. Bu səbəbdən onu yaxalamağa çalışan quldurları döyərək turnirə qaçmağa məcbur olur. Vilyams isə Los-Ancelesdə irqçi polislərlə baş vermiş toqquşmada polisləri döyür və həbsdən qaçmaq üçün turnirə qatılmağa məcbur olur. Qonaqlar adaya gələn zaman Han onları mərasimə dəvət edir.
Sabahısı gün turnirin açılış mərasimi olur. Roper və Vilyams ilk döyüşlərdə asanlıqla qələbə qazanırlar. Gecə vaxtı isə şənlik təşkil edilir və döyüşçülərə qadınlar təklif olunur. Onlardan yalnız Li yanına bir qadının gəlməsini istəyir. Həmin qadın isə bura göndərilən və itmiş hesab olunan Mey Lindir. Li onunla Han haqqında bir sıra gizli məlumatları öyrənir. Həmin gecə Li adanı gizlicə gəzməyə çıxır və Hanın narkotik istehsal edilən və məhbuslar üzərində sınaqdan keçirilən yeraltı bazasını tapır. Nəzarətçilər onu görsələr də tanıya bilmirlər və Li onlardan qaça bilir. Həmin vaxt həyətdə gəzən Vilyams onu görür, halbuki adadakı qaydalara görə, gecə vaxtı heç kim çölə çıxa bilməz.
Növbəti gün Han iştirakçılara bildirir ki, gecə kimsə öz otağını tərk edib və işlərini yaxşı yerinə yetirmədiklərinə görə nəzarətçiləri cəzalandırır. Turnir başlayır və Li O'Hara ilə qarşılaşmalı olur. Li onun üzərində qələbə çalır. Lakin O'Hara təslim olmayaraq onu öldürmək niyyətinə düşür. Bu səbəbdən Li onu öldürməyə məcbur olur. Bununla da Li intiqam hissini nisbətən olsa da, yatıra bilir.
Döyüşlərin birində döyüş bitdikdən sonra Han Vilyamsı kabinetinə çağıraraq onu gecə vaxtı otağını tərk etməkdə və nəzarətçiləri döyməkdə təqsirləndirir. Vilyams bu ittihamı rədd edir və gecə gəzənin yalnız o olmadığını bildirir, lakin Linin adını çəkmir. Vəziyyət gərginləşir və Hanın döyüşçüləri Vilyamsa hücum edirlər. Onların öhdəsindən gələn Vilyams, Han ilə döyüşməyə başlayır və bu zaman narkotik təsiri altında olan qızları görür. Döyüşdə Han Vilyamsı kəsici dəmir əlləri ilə öldürür.
Han gecə vaxtı yanına Roperi çağırır. Han Roperə ABŞ-yə heroin satışında iştirak etməyi təklif edir. Bu zaman o, Roperə Vilyamsın cəsədini göstərir və təkliflə razılaşmayacağı təqdirdə eyni aqibətlə üzləşəcəyinə işarə edir. Roper dişlərini qıcıyaraq onunla razılaşır. Bu müddətdə Hanın yeraltı bazasına daxil olan Li onun cinayətlərini sübuta yetirmək üçün kifayət qədər dəlil toplayaraq Bretueytə radioqurğu vasitəsilə ötürür. Lakin bu zaman sayıqlığını itirən Li Hanın qurduğu tələyə düşür və gecəni zindanda keçirməyə məcbur olur.
Növbəti gün turnir davam edir. Li nəzarət altında döyüşü izləyir. Roper Hanın hal-hazırda ən güclü döyüşçüsü olan Bolo ilə döyüşür və Roper qalib gəlir. Bu zaman hiddətlənən Han Li və Roperin üzərinə bütün döyüşçülərini göndərir. Li və Roper döyüşçülərin hamısını döyməyə başlayır. Bu zaman Mey Lin tərəfindən azad edilmiş dustaqlar da Li və Roperin tərəfində vuruşmağa başlayır. Döyüş zamanı Han güzgü zalına qaçır. Li isə onu tutmaq niyyətindədir. Lakin güzgülərdə çoxlu görüntülər əmələ gəlir və bu səbbədən Li onunla döyüşərkən çətinlik çəkir. Bu zaman onun yadına müəlliminin: "Düşmənin illüziyasını sındır və onun əsl görüntüsünün şəklini çək" sözləri düşür. Li aynaları sındırmağa başlayır. Sonda Li Han ilə üz-üzə gəlir və onu məğlub edərək öldürür. Bu müddətdə polislər adaya çatırlar.
Ad | Rol | Qeydlər |
---|---|---|
Brüs Li | Li | |
Con Sekson | Roper | |
Kyen Şi | Han | |
Cim Kelli | Vilyams | |
Bolo Yen | Bolo | |
Robert Uoll | O'Hara | O'Haranın cangüdəni |
Ahna Kapri | Tanya | |
Piter Arçer | Parsons | |
Sammo Hun | rolu yoxdur | Şaolin məbədinin döyüşçüsü |
Ceki Çan | rolu yoxdur | Hanın döyüşçülərindən biri |
Yuan Byao | rolu yoxdur | Turnir döyüşçülərindən biri |
Pet E. Conson | Hud | |
Ancela Mao | Su Lin | |
Tadaşi Yamaşita | rolu yoxdur | Turnir döyüşçülərindən biri |
Betti Çanq | Mey Lin |
Filmə saundtrekləri Argentinalı pianoçu Lalo Şifrin bəstələmişdir. Bəstələdiyi saundtreklərdə Brüs Linin qışqırıq səsləri aydın seçilir.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Theme From Enter The Dragon" ("Əjdahanın çıxışı" filminin əsas teması) | 2:25 |
2. | "Sampans" (Sampanlar) | 1:58 |
3. | "The Monk" (Rahib) | 3:25 |
4. | "The Gentle Softness" (Xoş rahatlıq) | 2:43 |
5. | "The Big Battle" (Böyük döyüş) | 3:37 |
6. | "Han's Island" (Hanın adası) | 2:57 |
7. | "The Human Fly" (İnsan uçuşu) | 3:14 |
8. | "Bamboo Bird Cage" (Bambuk quş yuvası) | 2:43 |
9. | "Broken Mirrors" (Sınmış güzgülər) | 2:40 |
10. | "Theme From Enter The Dragon" (Repriza) | 1:05 |
Ümumi müddət: | 26:47 |