Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 31 saniyə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əkinçi 1875-1877 (tam mətn) — 1875-1877-ci illərdə nəşr edilmiş və Azərbaycan dilində yayımlanan ilk qəzet olan Əkinçidə nəşr edilmiş bütün məqalələrin toplanıldığı kitab.[1][2]
Əkinçi 1875-1877 (tam mətn) | |
---|---|
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan Respublikası |
Orijinalın nəşr ili | 1979 |
Nəşriyyat | Azərnəşr və Avrasiya Press |
Nəşr | 1979 2005 |
Səhifə | 496 |
ISBN | 9952-421-29-8 |
XIX əsr Azərbaycan ictimai və siyasi həyatını öyrənmək üçün qiymətli mənbələrdən hesab edilən "Əkinçi" qəzetinin işıq üzü görən 59 sayındakı bütün məqalələr və yazılar bu kitabda toplanmışdır. Kitab ilk dəfə 1979-cu ildə Bakıda Azərnəşr tərəfindən çap edilmişdir. Kitab ikinci dəfə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə ikinci dəfə 2005-ci ildə çap edilmişdir. 2005-ci il nəşrinin transliterasiya və tərtib edəni Turan Həsənzadə, ön sözün müəllifi və redaktoru isə Əziz Mirəhmədov olmuşdur.[3]
Kitab ümumilikdə 496 səhifədən ibarətdir.