Əklil çubuqlucası (lat. Philadelphus coronarius) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
Əklil çubuqlucası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Əklil çubuqlucası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qərbi Avropanın cənubunda yabanı halda yayılmışdır.
Hündürlüyü 3 m, çətirinin diametri 1,5-2 m olan koldur. Çətiri şaxələnmiş, orta sıxlıqdadır. Zoğları çılpaq və ya cavan vaxtı tüklə örtülmüş olur. Qabığı qəhvəyi-qonur rəngli olub, çatlayandır. Yarpaqları yumurtavari və ya uzunsov - yumurtavari, uzunluğu 4-8 sm, eni isə 1,5-5 sm-dir. Uc tərəfdən sivri, bünövrəsi enli, pazvari və ya dairəvi, kənarları seyrək dişli, üst tərəfdən çılpaq, alt tərəfdən isə tüklüdür. May ayında çiçəkləyir. Çiçəkləmə müddəti 20 gündür. Çiçəkləri ağ, çox ətirli, 2,5-3,5 sm diametrindədir. Ləçəkləri yumurtavari, 5-9 ədəd çiçəkləri salxımvari çiçək qrupunda toplanmışdır. Çiçək saplağı və yarpaqları çılpaq və ya tüklüdür. Sütuncuqlarının 2/3 hissəsi bitişik olur. Meyvəsi iyul ayının axırında yetişir. Meyvəsinin 1-7 ədədi birlikdə yarımçətirlərdə toplanmış, dördkünc qutucuqdur. Çox vaxt yaza qədər budaqların üzərində qalır. Toxumları çox xırda, narıncı-qırmızı rəngdədir. Həyat müddəti 30-50 ildir.
Torpağa tələbkar deyil, çox rütubəti sevmir. Tez zoğ əmələgətirmə qabiliyyətinə malik olduğundan sıx kollanır, ona görə vaxtaşırı kolları seyrəldilməli, meyvə verən gövdələr və 5-6 yaşlı budaqları kəsilməlidir. Sərt keçən qış zamanı zoğları şaxtadan donur, meyvə vermir. Kölgəyə və soyuğa davamlıdır.
Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
Gözəlliyinə, çiçəklərinin ətrinə görə bağ və parklarda, tək-tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Uzun illər boyu (XVI əsrin ortalarından) becərilmə prosesində çoxlu miqdarda müxtəlif bağ formaları alınmışdır.