Əkpər Əkbər oğlu Feyzullayev (2 noyabr 1945, Bakı) — Azərbaycanın[1] tanınmış geoloq alimi[2], Geologiya-mineralogiya elmləri doktoru, professor,[1] akademik[1][3][4][5].
Əkpər Feyzullayev | |
---|---|
Feyzullayev Əkpər Əkbər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri doktoru |
Elmi adları | Professor, akademik |
İş yerləri | |
Alma-mater | Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Təhsili | geoloji-kəşfiyyat fakültəsi |
Mükafatları |
|
Əkpər Feyzullayev 2 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub[1][6].
O, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini mühəndis-geofizik ixtisası üzrə bitirmişdi[6].
1970-1972-ci illərdə Əkpər Feyzullayev keçmiş “Kirovneft” NQÇİ-də neft hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində işləmişdi. O, 1972-1973-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifəsində işləmişdir.[2] 1973-cü ildən başlayaraq AMEA-nın[2] (Azərbaycan Milli Elmlər Akademiyasının[7]) Gelogiya və Geofizika İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.[2] Hal-hazırda[8] Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin[9] Geologiya və Geofizika İnstitutunun[10] “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi” şöbəsinin rəhbəridir[8].
Əkpər Feyzullayev 1983-cü ildə yer elmləri üzrə fəlsəfə doktoru, 1992-ci ildə elmlər doktoru dərəcələrini, 2006-cı ildə isə professor elmi adını almışdır[6]. 2007-ci ildə AMEA-nın müxbir üzvü[6], 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir[1][3][11].
Əkpər Feyzullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinın[6] Neft və qaz yataqların geologiyası, axtarışı və kəşfiyyatı kafedrasının və AMEA magistraturasının professorudur[11]. Alimin rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır[6].
Alimin fəaliyyətinin əsas elmi istiqamətləri:
Alimin əsas elmi nailiyyətləri:
Həmçinin alimin mühüm elmi nailiyyətləri:
Əkpər Feyzullayev Azərbaycanda radon riskinin öyrənilməsi ilə məşğul olmuş və bu problemə dair Dövlət Tədbirlər Planının (2014-2018) əsas icraçısı idi.[6]
Əkpər Feyzullayev ümumən 343 elmi əsərin, o cümlədən: 209 məqalə, monoqrafiya, broşur, dərsliklərin və 134 tezisin müəllifidir. Xaricdə çıxmış 190 əsərin, o cümlədən 102 məqalənin və 88 tezisin müəllifidir.[1][11] Alim həmçinin 1 patentin müəllifidir[13].
Bəzi elmi əsərlərinin adları:
1. Carbon Isotopic Composition of the Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, 39(3), 2001, 237–243. (Həmmüəlliflər: Guliev I.S., D.A. Husseynov).
2. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience. 2001, 7(2), 201-209 (Həmmüəlliflər: Guliyev I., Husseynov D.).
3. Source potential of the Mesozoic-Cenozoic rocks in the South Caspian Basin and their role in forming the oil accumulations in the Lower Pliocene reservoirs. Petroleum Geoscience, 2001,7(4), 409-417 (Həmmüəlliflər: Guliyev I., M. Tagiyev).
4. Углеводородный потенциал майкопских отложений Азербайджана. Литология и полезные ископаемые. 2001, 3, 324-329. (Həmmüəlliflər: Гулиев И., Тагиев М.).
5. Methane emission from mud volcanoes in eastern Azerbaijan. Geology, 2004, 32(6), 465-468 (Həmmüəlliflər: Etiope G., Baciu C., Milkov A.).
6. Геохимические особенности и источники флюидов грязевых вулканов Южно-Каспийского осадочного бассейна в свете новых данных по изотопии С, Н, и О. Геохимия, 2004, 7, 792-800 (Həmmüəlliflər: Гулиев И., Д. Гусейнов).
7. Comparative characteristics of composition and radioactivity of Oligocene clays in the Greater Caucasus and Talysh. Lithology and Mineral Resources, 2005, 40(4), 376–385 (Həmmüəlliflər: Kheirov M., Aliyev Ch., Abbasova S., Aliyev K.).
8. Mud volcano model resulting from geophysical and geochemical research. G.Martinelli and B.Panahi eds. Mud volcanoes, Geodynamics and Seismicity. Springer. 2005, 251-261 (Həmmüəlliflər: Kadirov F., Aliyev Ch.).
9. Feyzullayev A.A. Petroleum Content and Mud Volcanism in the Po (Italy) and South Caspian (Azerbaijan) Basins: Differences and Their Possible Origins. Energy Exploration & Exploitation, 2007, Volume 25, Number 5, 313-324
10. Stratigraphy and geochemical characterization of the Oligocene–Miocene Maikop series: Implications for the paleogeography of Eastern Azerbaijan. Tectonophysics, 2008, 451, 40–55 (Həmmüəlliflər: Hudson S.M., C. L. Johnson, M.A. Efendiyeva, H.D. Rowe, C.S. Aliyev.).[1]