Əlçatmazlıq qütbü (Antarktika stansiyası)

«Əlçatmazlıq qütbü» stansiyasında Leninin heykəli. 19 yanvar 2007-ci il

Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi[1].

Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir.

Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı[2]. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş[3]. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur[4].

17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş[5].

26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir[3][5].

Mövqeyi və şəraiti

[redaktə | mənbəni redaktə et]

Stansiya Enderbi Torpağının cənubunda düz səthə malik buz yaylasında yerləşmiş. Cənub qütbünə - 878 km, Sovet Antarktika stansiyasına - 600 km məsafə var. Dəniz səviyyəsindən olan hündürlük 3718 metrdir. Buz qatının qalınlığı 2980 metrdir[6].

Təbii şəraiti Vostok stansiyasına oxşardır. Orta illik temperatur -57.8 °C-dir. Bu Vostok stansiyasından 0.5 dərəcə aşağıdır. Bu ərazidə daima müşahidələrin olmamasından Vostok stansiyası Soyuqluq qütbü hesab olunur.

Bağlandıqdan sonra

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin yanvarında üç ingilis (Rpri Suit, Pupert Lonqsdon, Henri Kukson) və kanadalı Pol Lendri tarixdə ilk dəfə xizəklə, çərpələngin dartı qüvvəsindən istifadə edərək Əlçatmazlıq qütbünə yetişdilər. Onlar 1756 km məsafəni 49 günə qət etmiş və bu nəticə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Səyyahların dediklərinə görə Leninin bütü hələ də yerindədir. Henri Kukson stansiya qapısı önündəki qarı təmizləmiş və istəmiş ki, qonaq kitabına öz qeydlərini yazsın. Ancaq qapı bağlı olduğundan bunu həyata keçirə bilməyib[7].[8].

27 dekabr 2011-ci ildə Əlçatmazlıq qütbünə başqa bir ekspedisiya çatmış, hansı ki, tərkibində məşhur amerikan fotoqrafı və səyyahı Sebastian Kouplend də olmuşdur.[9]

  1. "Catalogue of Russian Federation Antarctic Meteorology Data". Laboratory of Ocean and Climate Antarctic Studies, Arctic and Antarctic Research Institute. 2013-10-29 tarixində arxivləşdirilib.
  2. "Arxivlənmiş surət". 2007-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.
  3. 1 2 Саватюгин Л. М., Преображенская М. А. Российские исследования в Антарктике : [Монография : В 3 т.]. СПб. Гидрометеоиздат. 1999.
  4. Трешников, Алексей Федорович. История открытия и исследования Антарктиды. [1]. Географгиз. 1963.
  5. 1 2 "В 1958 году третья советская антарктическая экспедиция впервые достигла полюса недоступности Антарктиды". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.
  6. Nudel'man, A. V. Soviet Antarctic Expeditions 1955-1959. Moscow: Izdatel'stvo Akademii Nauk SSSR. 1959.[ölü keçid]
  7. Мельников И.А. К полюсу относительной недоступности. Природа. 7. 2013. 92-96
  8. «„Полюс недоступности“ покорен благодаря воздушным змеям» Arxivləşdirilib 2009-01-31 at the Wayback Machine, news.ntv.ru, 21.01.2007.
  9. http://sebastiancopelandadventures.com/antarcticaexpedition Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine. Antarctica 2011-12 Legacy Crossing "Sebastian Copeland Adventures"