«Vostok stansiyası» — Rusiyanın Antarktidada elmi stansiyası. Bu müasir dövrdə Rusiyanın istifadə etdiyi yeganə materikin daxilində yerləşən stansiyadır.[1][2][3]. Stansiya 1819-1821 -ci illərdə Faddey Bellinshauzenin rəhbərli altında birinci antarktika ekspedisiyası zamanı istifadə olunan Vostok gəmisinin şərəfinə adlandırılıb.
Bu stansiya 16 dekabr 1957-ci ildə 2-ci Sovet Antarktika ekspedisiyası zamanı yaradılıb[4][5][6]. Uzun müddət stansiyanın rəhbəri V.S.Sidorov olmuş.
Stansiya ərazisində buz qatının qalınlığı 3700 m-dir.
Stansiyanın yerləşdiyi bölgə dünyada ən sərt iqlimə məxsus ərazilərdən biridir.
Belə şəraitdə akklimatizasiya bir həftədən bir -iki aya qədər davam edə bilir. Bu zaman başgicəllənməsi, qulaqda ağrılar, burundan qan axmalar, yuxu və iştahın pozulması kimi hallar müşahidə olunur. Oynaqlarda ağrılar və bədən çəkisinin azalaması hallarıda tez-tez qeydə alınır.
Ərazidə demək olarki yağıntı müşahidə olunmur. Yağıntıların orta illik göstəricisi - 18 mm-dir.
Vostok stansiyasının iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | −14 | −21 | −30 | −33 | −38 | −33 | −34,1 | −34,9 | −34,3 | −33,6 | −24,3 | −13,6 | −13,6 |
Orta temperatur, °C | −31,9 | −44,1 | −57,8 | −64,7 | −65,6 | −65,4 | −66,5 | −67,8 | −66 | −57,1 | −42,5 | −31,5 | −55,3 |
Mütləq minimum, °C | −56,4 | −64 | −75 | −86 | −81,2 | −83,8 | −89,2 | −85,1 | −85,9 | −76,1 | −63,9 | −50,1 | −89,2 |
Yağıntı norması, mm | 0,7 | 0,3 | 1 | 2 | 3 | 2 | 2 | 2 | 2 | 2 | 1 | 1 | 18 |
Mənbə: Погода и Климат (1957—2013-cü illərin göstəriciləri) |
«Vostok» elmi-tədqiqat stansiyası Cənub qütbündən 1253 km, "Mirnı" Antarktika stansiyasından 1410 km və yaxın dəniz sahilindən isə 1260 km aralı yerləşib. Bölgədə olan buz qatının qalınlığı 3700 m-dir. Stansiyanın yerləşdiyi ərazidə buzlaq qatının yatağının hündürlüyü dəniz səviyyəsindən 200 m aşağıdır[8].
Qış zamanı stansiyaya gəlmək qeyri-mümkündür. Bu o deməkdir ki, qış zamanı stansiyadakılar kənar köməyə ümüd bəsləməməlidirlər. Stansiyaya yüklərin gətirilməsi ancaq hava nəqiliyyatı vasitəsi ilə həyata keçirilir və bu daha çox yay dövrünə təsadüf edilir. Digər vaxtlar yük daşınması "Proqress" Antarktika stansiyasından xizək-tırtıllı qatarla həyata keçirilir.[10]. Əvvəllər bu daşınma "Mirnı" stansiyasından həyata keçirilərdi[11]. Yük daşınmanın yaratdığı çətinliklər haqqında Sanin, Vladimir Markoviç öz kitabında geniş söz açır.
«Vostok » stansiyası Cənub maqnit qütbünə yaxın yerləşib və məhz buna görə də, stansiya Yerdə maqnit sahəsinin dəyşməsinin öyrənilməsi üçün çox əlverişlidir. Stansiyada adətən yay dövründə 40 nəfər - alim və mühəndislər olur. Qışda onların sayı 20 nəfərə enir.
Rus mütəxəssisləri artıq 40 ilə yaxındır ki, burada karbohidrogenlərin və mineralların xammalı, içməli su axtarış aparırlar. Ərazidə aero-metroloji, geofiziki, qlyasioloji müşahidələr aparılmaqdadır. Bundan başqa xüsusi tibbi araşdırma, eləcədə iqlim dəyişikliyi üzrə və Ozon dəliyinin öyrənilməsi barəsindədə tədqiqat aparılır.
Vostok stansiyasında 1990-cı illərin ortalarında xüsusi qazma qurğularının köməyi ilə buz layının altında relikt Vostok gölünü aşkar etmişlər[12]. Göl 4000 m-lik buz qatı altında yerləşir və təxmini ölçüləri 250×50 km-dir. Ehtimal olunan sahəsi 15,5 min. km²-dir. Dərinliyi 1200 metrdir.