Ələddin Eyvazov

Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər üzrə fəlsəfə doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru.

Ələddin Eyvazov
Ələddin Qismət oğlu Eyvazov
Doğum tarixi 26 mart 1967(1967-03-26) (57 yaş)
Doğum yeri
Elm sahələri kənd təsərrüfatı, üzümçülük, baytarlıq[d]
Elmi dərəcəsi aqrar elmlər üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri
Təhsili
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır.

Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi(aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi və 2018-ci ildə dosent elmi adını almışdır. O, İsrail dövlətində, Misir Ərəb Respublikasında, ABŞ-da, Türkiyədə, İran İslam Respublikasında , Polşada, Rusiya Federasiyasında, İtaliyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Sloveniyada keçirilən beynəlxalq konfranslarda, seminarlarda və s. tədbirlərdə iştirak etmişdir. Ə. Eyvazov respublikada bitkiçiliyin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

163 elmi məqalə, informasiya bülleteni, bukletin, rəngli albomun müəllifi, 1 sortun həmmüəllifi, 2 kitabın elmi redaktoru, 2 kitabın rəyçisidir.

  1. Kartofçuluq, Bakı-2004
  2. Pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin laboratoriya ekspertizası, tarla və istehsalat sınaqlarına dair təlimat, Bakı-2007
  3. Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər, Bakı- 2008
  4. Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası, toplanması və saxlanmasına dair texniki təlimat, Bakı-2008
  5. Fitosanitar karantin nəzarətində olan materiallara və obyektlərə fitosanitar karantin baxışının keçirilməsi, laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi qaydaları və onların müayinəsinə dair təlimat, Bakı-2011
  6. Karantin nəzarətində olan materialların zərərvericilərlə sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsinə dair təlimat, Bakı-2014
  7. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu-50, Bakı-2015
  8. Tərəvəz, bostan və kartof bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı istifadə olunan pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, Bakı-2015
  9. Tərəvəzçinin illik fəaliyyət təqvimi, Bakı-2016
  10. Kartofun fiziologiyası, intensiv texnologiya ilə becərilməsi və proqramlaşdırılmış məhsulun alınması yolları, Bakı-2017
  11. Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu, Bakı-2018
  12. Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər, Atlas, Bakı-2018

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı — 2009
  • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı — 29.10.2015[1]
  • Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı — 2021
    Qızıl ulduz medalı
  1. "* Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 29 oktyabr 2015. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]