Ələddin Məmmədov

Ələddin Məmmədov (Ələddin Məmmədov Hüseyn oğlu; d.1966 - ö.2018) — Azərbaycanın diaspora fəalı, Orenburq azərbaycanlıları icmasının rəhbəri.[1][2]

Ələddin Məmmədov
Ələddin Hüseyn oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Naxçıvan MSSR, Babək rayonu, Cəhri
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Rusiya
Vəfat səbəbi Ürək tutması
Vətəndaşlığı SSRİ SSRİRusiya
Atası Hüseyn Məmmədov
Milliyyəti Azərbaycanlı
Təhsili Moskva Bədən Tərbiyəsi və İdman İnstitutu
Moskva Texniki Universiteti
Fəaliyyəti Diaspora
Fəaliyyət illəri 1997–2018

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələddin Məmmədov 1966-cı ilin may ayının 19-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 2018-ci ilin 1 iyun tarixində ürək tutmasından vəfat etmişdir[3].

Təhsili[redaktə | mənbəni redaktə et]

Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. Daha sonralar təhsilini Moskva Texniki Universitetində davam etdirib[3].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Orenburq vilayətində yaşayan Ələddin Məmmədov Azərbaycan diasporasınun fəallarından olub. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, iki xalq arasında dostluq münasibətlərinin gücləndirilməsinə öz töhfələrini verib.

Uşaq yaşlarında Çıraq təxəllüsü ilə şeir də yazmışdır[1].

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa haqqında demişdir:

" O zaman pionerlər sarayında dərnəyimizə gəlirdi. İstedadlı oğlandı. Mən də uzun illərdir barəsində məlumatsı idi. Allah ruhunu şad etsin! "

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ovqat.com. "Azərbaycanın Rusiyadakı diaspor rəhbəri vəfat etdi" (az.). 4-06-2018, 22:21. 2018-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  2. trend.az. "Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib" (az.). 1 İyun 2018 14:05. İstifadə tarixi: 2018-06-06.
  3. 1 2 apa.az. "Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat edib" (az.). Mübariz Aslanov. 01 İyun 2018. 2018-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.