Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ələkbər Əsgərov (3 may 1933 - 29 avqust 1995) — klarnetdə, balabanda, neydə və tütəkdə ən virtuoz Azərbaycan ifaçılardan biri.[mənbə göstərin]
Ələkbər Əsgərov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 may 1933[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1995[1] (62 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Ələkbər Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü büruzə verir. O, 11 yaşında olarkən,qazanc məqsədilə bayram şənliklərində çalır və musiqidəki ilk addımlarından sənətkarların diqqətini cəlb edir. 1951-ci ildə musiqi savadı olmayan Ələkbər Əsgərovu Musiqili komediya teatrının xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Az.Dövlət Filarmoniyasında Həqiqət Rzayevanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1957-ci ildə artıq gözəl klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq, Ələkbər Əsgərov Asəf Zeynallı adına Bakı musiqi texnikumuna daxil olur. Təhsil illərində onu Əhməd Bakıxanov və eyni zamanda Səid Rüstəmovun rəhbərlik etdikləri xalq çalğı alətləri ansambllarına işləməyə dəvət edirlər. Müxtəlif illərdə Ələkbər Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında gözəl ifaçılarından biri olmuşdur. 1966-cı ildən 1995-ci ilədək Ələkbər Əsgərov Sumqayıt musiqi texnikumunda balaban sinfi üzrə müəllim kimi fəaliyyət göstərib. Müəllimlik fəaliyyəti ilə yanaşı, Ələkbər Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına də'vət alır. Bu kollektivin tərkibində Ələkbər Əsgərov nəinki keçmiş SSRİ də, həmçinin LiviyaYəmən, İrlandiya, Almaniya, İsveçrə, Şotlandiya, İngiltərə, Misir, və s.ölkələrdə qastrol səfərlərində olmuşdur.
Ömrünün son illərində Ələkbər Əsgərov Sumqayıt musiqi texnikumunun müəllimlərindən ibarət "DÜGAH" folklor ansamblını yaradır. Bu ansambl öz alət tərkibinə, repertuar və ifa üslubuna görə bütün respublikada yeganə və orijinal idi. Sənətkarın ifa etdiyi "Şur", "Rast", "Segah", "Cahargah", "Humayun", "Rahab", "Bayatı-Şiraz", "Şüştər", "Zəminxarə", "Mahur", "Bayatı-Qaçar" muğamları; "Vağzalı","Tərəkəmə","Şalaxo","Qazaxı","Uzundərə" və s. Xalq rəqsləri; özünün bəstələdiyi "Maralı","Mehribanı","Natəvanı","Rasimi" rəqs melodiyaları (oyun havaları) və "Dügah" folklor ansamblının lent yazıları Azərbaycan Dövlət Tele-Radio şirkətinin Qızıl fondunda qorunub saxlanılır.