Ələkbər Həşimov

Ələkbər Ələsgər oğlu Həşimov (15 avqust 1951, Rəbənd, Zəngilan rayonu) — Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı (1996–1998).

Ələkbər Həşimov
bayraq
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
30 mart 1996 – 26 avqust 1998
SonrakıVəli Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1951(1951-08-15) (73 yaş)
Doğum yeri

Ələkbər Həşimov 1951-ci ildə Zəngilan rayonunun Rəbənd kəndində doğulub.[1]

1969-cu ildən Bakı şəhərində yaşayır. İxtisasca inşaatçı mühəndisdir.

Atası Sosialit Əməyi Qəhrəmanı olmuşdur.

2 oğul,1 qız övladı var.

30 mart 1996-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

26 avqust 1998-ci ildə işdə ciddi nöqsanlara yol verdiyinə görə Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[2]. 12 il müddətinə həps edilmişdir. 18 mart 2008-ci il Əfv sərəncamıyla azadlığa çıxmışdır.

1978-ci ildə Komsomol mükafatı laureantı (Arxitektura sahəsində) adına layiq görülmüşdür.

  1. Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 433. ISBN 978-9952-8032-5-9.
  2. "Ə. Ə. Həşimovun Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1998-ci il tarixli, 888 nömrəli Sərəncamı Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine  (az.)