Vəli Nəcəfqulu oğlu Quliyev (24 iyun 1952, Cahangirbəyli, Zəngilan rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1998–2011), Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini (1996–1998).
Vəli Quliyev | |
---|---|
26 avqust 1998 – 26 aprel 2011 | |
Əvvəlki | Ələkbər Həşimov |
Sonrakı | Ramiz Həsənov |
1996 – 1998 | |
Başçı | Ələkbər Həşimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyun 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vəli Quliyev 1952-ci ilin iyun ayının 24-də Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olmuşdur.[1] Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır.
Ailəlidir, 3 övladı var.
Vəli Quliyev 1996–1998-ci illərdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini tutmuşdur.
Azərbaycan Prezidentinin 26 avqust 1998-ci il tarixli sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2] Azərbaycan Prezidentinin 26 aprel 2011 tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[3]