Ələkbər Ağasəf oğlu Həsənov — texnika üzrə elmlər doktoru, Professor, “Tərəqqi” medalı mükafatçısı.[1]
Ələkbər Həsənov | |
---|---|
Ələkbər Ağasəf oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Mükafatları |
Həsənov Ələkbər Ağasəf oğlu 19 oktyabr 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri, Yasamal rayonu 173 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Neft və Kimya İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) kimya-texnologiya fakultəsinə qəbul olunmuş, 1971-ci ildə həmin institutun “Neft və qaz emalının kimyəvi texnologiyası” ixtisasını bitirmişdir.
1971-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1973-cü ildə institutun əyani aspiranturasına qəbul olunmuş, oranı bitirdikdən sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1980-cı ildə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya İnstitutuna assistent vəzifəsinə işə qəbul olunmuşdur.
1989-1999-cu illər Əlcəzair Xalq Demokratik Respublikası, Setif Universitetində professor kimi fəaliyyət göstərmişdir.
1981-2010-cu illərdə ADNSU-nun “Kimya texnologiyasının mühəndislik əsasları” kafedrasında assistent, dosent vəzifələrində, 2010-2016-cı illərdə “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedrasının müdiri vəzifəsində çalışmış, 2016-cı ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasına rəhbərlik edir.
2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbay-can Respublikası Prezdenti yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2016-cı il tarixli qərarı ilə Həsənov Ələkbər Ağasəf oğluna texnika elmləri doktoru elmi dərəcəsi verilmiş, 2016-cı ildən o, professor vəzifəsində çalışır. 2016-cı ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Professor Ələkbər Ağasəf oğlu Həsənovun elmi fəaliyyətinin əsas istiqamətləri heterogen kataliz, neftin, qazın kimyası və onlarının emalı texnologiyası, neft emalı və neft-kimya sənayesinin prosesləri və aparatları, riyazi modelləşdirmə, ekologiya sahələridir.
Ə.A.Həsənov 170-dən artıq elmi əsərin, o cümlədən 2 müəlliflik şəhadətnaməsinin, 5 patentin, 2 monoqrafiya, 20 dərslik və dərs vəsaitinin müəllifidir. Professor Ə.A.Həsənov 48 illik elmi-pedoqoji fəaliyyətə malikdir.
Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.63–64.