Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı – 3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı.
Ələsgər Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 1976 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | memar |
|
|
Təltifləri |
|
Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur.
1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.[1] Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir.[2][3]
Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir.[2]
Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir.[2][3]