"Əl Vahdə" (qəzet) — ədəbi, ictimai, gündəlik qəzet.
"Əl Vahdə" (qəzet) | |
---|---|
Sahibi | Camal Abdunnur |
Məsul redaktorlar | Abdulxaliq Bayati, Nafi Bazirgan |
Yaranma tarixi | 20 mart 1984 |
Dil | ərəb dili, türk dili |
Nəşrini dayandırıb | 15 sentyabr 1948-ci il |
Şəhər | Kərkük |
Ölkə | İraq |
"Əl Vahdə" qəzetinin ilk sayı 1984-cü il martın 20-si Şənbə günü yayımlanmışdır. Qəzetin sahibi və baş yazarı Camal Abdunnur olmuşdur. Məsul rəhbər isə Alber Kasto idi. İlk səhifəsində "Ədəbi, ictimai, gündəlik qəzetdir, hələlik həftədə bir dəfə yayımlanır" ifadəsi yer alan bu ərəb dilində olan qəzetdə türk dilində də elanlar diqqəti cəlb edirdi. Bu elanlar bəzən bir səhifənin hamısını tuturdu.
"Əl Vahdə" qəzeti əvvəl "Mahfuz", sonra "İttihad" mətbəəsində çap edildi. Qəzetin redaksiyası onun sahibinin Kərkükdə "Fərat" hotelində qaldığı otaq idi. Daha sonra redaksiya uçuq bir binaya köçdü. O dövrdə Kərkük və Mosulun gündəlik həyatına dair həftəlik xəbərləri əks etdirən qəzetdə heç bir şeir və yazı diqqət çəkmirdi. Ara-sıra tələbələrdən Abdulxaliq Bayati və Nafi Bazirganın mənzumələri yayımlanırdı. 1948-ci il sentyabrın 15-i 22-ci sayı çap edildikdən sonra qəzeti bir daha izləmək mümkün olmadı. Vaxilə Vahidəddin Bahaəddin bu qəzeti "İttihad"da çap etdirdiyi yazı ilə sərt şəkildə tənqid etmişdi.[1]