Əlamut (Vladimir Bartol)

Əlamut (sloven. Alamut) — Vladimir Bartolun Həsən SabbahXaşxaşilərdən bəhs edən, adını Əlamut qalasından alan və ilk dəfə 1938-ci ildə slovencə nəşr olunan tairixi romanı.

Əlamut
Alamut
Romanın 2017-ci il azərbaycanca 2-ci nəşrinin üz qabığı
Romanın 2017-ci il azərbaycanca 2-ci nəşrinin üz qabığı
Müəllif Vladimir Bartol
Janr Roman
Orijinalın dili Slovencə
Ölkə Sloveniya Sloveniya
Orijinalın nəşr ili 1938
Tərcüməçi Rəvan Musayev
Nəşriyyat Bakı Kitab Klubu (2017)
Səhifə 432 (2017)
Tiraj 100

Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Roman ilk dəfə 1938-ci ildə slovencə nəşr olunub.

Daha sonra Rəvan Musayev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş, 2017-ci ildə Bakı Kitab Klubu tərəfindən 2 dəfə nəşr olunmuşdur.[1][2]

  1. Bakı Kitab Klubu. "Əlamut (tairixi roman)" (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  2. Bakı Kitab Klubu. "Əlamut (tairixi roman)" (az.)). kitabklubu.org. 2018-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]