Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şərq fəlsəfəsi – dünya fəlsəfəsinin qiymətli tarixi səhifəsi, əsas bünövrələrindən biri. Qədim yunan fəlsəfəsi ilə eyni dövrdə yarandığı güman edilir.
Aristotelçilik ideyalarının Şərq dünyasında təməli qoyulduqdan sonra İslam bölgəsi fəlsəfəsi formalaşmağa başladı. Peripatetizimin hərfi mənası "gəzişərək öyrənənlər"dir. Aristotelin məktəbinin yerləşdiyi yerdə çox gözəl bağ vardı və Aristotel bu bağda gəzişərək mühazirələrini deyirdi . Elə buradan da Aristotelin ideya davamçıları gəzişərək öyrənənlər adlandırılmışdır. Bu fəlsəfi ideyalar Şərq dünyasında məşşailik adı ilə tanınırdı. Qədim dövrlərdə Qərb ölkələrinin fəlsəfəsindən fərqli olaraq Şərq fəlsəfəsi öz diqqətini insan probleminə və təbiət elmlərinə yönəltmişdi, həmçinin dinlə qarşılıqlı əlaqədə inkişaf etmişdir.
Şərq fəlsəfəsində ənənəvi- liyə meyl daha güclü idi. Qərbdən fərqli olaraq Şərqdə fəlsəfə, poeziya və musiqi ayrılmaz vəhdət təşkil edir, “səma iradəsi” problemi xüsusi yer tutur, dünyada olan hər şeyin, o cümlədən insanın da “səma iradəsinə tabe olması fikri irəli sürülürdü.
Şərq peripatetik filosofları Antik fəlsəfəsinin təsiri altınqa qalaraq bu fəlsəfi ideyaları İslam dinin ehkamları ilə uzlaşdırmağa çalışırdılar. Bu metodun təməlini qoyanlar və onu davam etdirənlər çox və ya az dərəcədə bu məsələlərlə məşğul olduğundan onlar fərqli cəbhələrə ayrılırdılar.
Şərq peripatetiklərindən Əl-Kindinin, Fərabinin, İbn Sinanın, Bəhmənyarın, İbn Rüşdün və s.-lərinin adlarını çəkmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu dövrün xüsusiyyətinə uyğun olaraq bütün elmlər fəlsəfə ilə iç-içə öyrənildiyindən adlarını çəkdiyimiz filosoflar digər elm sahələrində böyük tədqiqatçı alimlər olmuşlar. Şərq peripatetik irsinin Azərbaycanda da böyük nümayəndələri yetişmişdir. Əbülhəsən Bəhmənyar Mərzban məşhur filosof İbn Sinanın sevimli tələbələrindən olmuş, həm də onun fəlsəfi irsinin bilavasitə davamçısı olmuşdur. Digər Azərbaycan filosofu Nəsrəddin Tusi də bu fəlsəfi məktəbin məşhur simalarındandır.
Işraqilik fəlsəfi təliminin banisi azərbaycanlı filosof Şihabəddin Sührəvərdi əl-Məqtul hesab edilir (h.599/m.1155 – h.587/m.1191). Əsl adı Əbu-l Fütuh Yəhya b. Həbəş b. Əmirəkdir.
Əsərləri:
Mahiyyəti etibarı ilə işraqilik məşşailikdən və yeni əflatunçuluqdan qaynaqlanır. işraqilərə görə həqiqətin bilgisi mənəvi kamillik, qəlbə gələn işraq yolu ilə əldə edilir. Bütün nurlar Nurlar nuru olan Nur əl-Ənvardan süzülür. Bu nur Tanrının özüdür. insan nura sahib ola bilirsə, o var olan hər şeyə və hətta əşyalara da hökm edə, onları dəyişdirə bilər. İnsan kəşf yolu ilə tədricən zülmətdən nura yüksəlir. İşraqilərə görə insanın bədəni maddidir və bütün maddi olanlar zülmətdir. ruh bədəndən fərqli olaraq mücərrəd bir varlıqdır. ruh Sührəvərdiyə görə nurdur. o nurani bir cövhərdir və ölümə məhkum deyil. Nurlar nuru olan Nur əl-Ənvar heç nəyə ehtiyacı olmayan ilkin səbəb, bütün nurların özündən ayrıldığı nur, Vacib olan varlıqdır.
Şihabəddin Sührəvərdinin elm aləminə hələlik 52 əsriməlumdur ki, bunlardan 15-i sufizmə, 13-ü peripatetizmə, 8-i işraqiliyə və digər 16-ı müxtəlif mövzulara həsr olunmuşdur. Filosofun fəlsəfi görüşləri (İşraq fəlsəfəsi) sufizmlə peripatetizm arasında orta mövqedə dayanır. Əslində İşraqilik fəlsəfəsi bu iki təlimin müqayisəli təhlinindən doğan, son nəticə olaraq zühur edən , yalnız Sührəvərdiyə məxsus yeni fəlsəfi sistemdir.
Hegel Şərq təfəkkürünü fəlsəfi fikrin aşağı səviyyəsi hesab edirdi. O göstərirdi ki. Şərq xalqlarının fəlsəfəsi müşahidə mərhələsindədir, ona görə də dünya fəlsəfəsinə layiqli bir şey verə bilməmişdir.
Ərəb dilindən hərfi mənada təsəvvüf sözündən qaynaqlanaraq, "yun paltar geyinmək" deməkdir. İslamiyyətin ilk çağlarında Mədinədə kimsəsiz və toplu halda yaşayan, özünü ancaq dinə və Quran elmlərinə həsr edən və Məhəmməd peyğəmbərin də çox hörmət etdiyi camaata "Suffə əhli" deyilirdi.
Təsəvvüfün ümumdünya mistisizmi ilə oxşar əlamətləri olsa da təsəvvüf özünün bütün tərəfləri ilə islamidir.
İslamın yayılması ilə Xilafət ölkələrində daha çox mistik təlim kimi özünü büruzə verən sufizm bütün inanan möminləri "mənəvi kamillik" yoluna dəvət edirdi. Təsəvvüfün başlanğıcı şəriət, sonu həqiqətdir. Mənəvi kamillik yoluna qədəm qoyaraq təsəvvüfə baş vuran insan bir çox hal və məqamlardan keçməli, Tanrıya qovuşmaq yolunda ruhunu inkişaf etdirməli, maddi olan bədənini tərbiyə etməli, nəfsini və şəhvət hissini boğmalıdır. Ruhi inkişaf mərtəbəsində yüksələn sufi bütün mənfur xislətlərdən xilas olaraq Tanrı dərgahına ucalmaq kimi şərəfli bir məqama çataraq həqiqətin bilgisinə vaqif olur.
Tanınmış sufilərdən Yunus Əmrə, Rəbiə əl-Ədəviyyə, Mövlana Cəlaləddin Rumi, Cüneyd əl-Bağdadi, Bəyazid Bistami Əbunəcib Sührəvərdi və s. ləri məşhurdur.
Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir:
Həqiqi hikmət isə Allaha məhəbbət olduğundan, məhz o, əsil fəlsəfədən ibarətdir.
Şərq fəlsəfəsində geniş şöhrət tapmış mütəfəkkirlərdən Farabini, İbn Sinanı, İbn Rüşdü xüsusilə qeyd etmək olar. Farabini ikinci Aristotel adlandırırdılar. O, idrak nəzəriyyəsi məsələlərindən danışarkən elmi ən böyük idrak vasitəsi adlandırmışdır. Onun fikrincə, elmlər nəzəri (məntiq və təbiət elmləri və metafizika) və əməli (etika və siyasət) elmlərə bölünürlər. O, məntiqi zəkanın əsası kimi qeyd etmişdir. Onun fikrincə, məntiq insan idrakının prinsiplərini izah etdiyi kimi, etika da insanın davranış qaydalarını göstərməlidir. Şərq aləmində Farabinin davamşısı, öz dövrünün ensklopediyası, filosof və həkimlərin "knyaz"ı adlandırılan Buxaralı İbn-Sina olmuşdur. Onun fikrincə, dünya əbədi və məhvedilməzdir, onun heç nədən yaradılması ideyası cəfəngiyyatdan başqa bir şey deyildir. Onun fəlsəfəsinin ən orijinal hissəsi varlıq haqqında təlimdən ibarətdir. İbn Sina iki varlığı nəzərdən keçirir: zəruri varlıq və mümkün varlıq.
Zəruri varlıq şəksiz varlıq olmaq etibarı ilə mənəvi mahiyyətdir. Mümkün varlıq isə maddi dünyadır. Onların arasındakı daimi əlaqə, təbiətlə ruhun əlaqəsinə oxşayır.
Azərbaycanda da fəlsəfi fikir şərq ideyasında meydana gəlib inkişaf etmişdir. Fəlsəfənin əsas sahəsi olan idealizm tuturdu. XI-əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Ə.Bəhmənyarın adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri olmuşdur. Bunların içərisində "Təhsil kitabı" mühüm yer tutur. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölünür. O, əqli idrakı şeylərin mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırılmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş və onun vəzifələrinə geniş yer vermişdir. XII əsrdə Azərbaycanda fəlsəfi fikrin nümayəndələrindən biri Nizami Gəncəvi olmuşdur. O, idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olduğunu göstərmişdir (torpaq, su, hava, atəş). Onun fikrincə, Allah dünyanı ilahi hökm ilə yaratmışdır. Onun dediyinə görə kainat həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru qurulmuşdur. Birinci hal Allahın yaradıcılıq işi ilə, ikinci hal isə peyğəmbərin meracı ilə əlaqədardır.
XIII əsrdə yaşamış Azərbaycanın ən görkəmli ensiklopedik zəkalı alimi, filosofu Nəsrəddin Tusinin fəlsəfi görüşləri fikir tarixində mühüm yer tutur. Onun 30-dan çox əsəri olmuşdur. "Əxlaqi Nasiri" əsəri xüsusilə mühüm yer tutur. Nəsrəddin Tusi varlığa yüksək qiymət verərək onu zəruri və mümkün varlıq olmaqla iki yerə bölmüşdür. Onun fikrincə, zərurı varlıq Allah, mümkün varlıq isə gerçək aləmdir. O "Əxlaqi Nasiri" əsərində əxlaqın saflaşdırılmasına həsr etmişdir. O, cəmiyyətlə insan və insanla cəmiyyət arasındakı münasibətləri də qeyd etmişdir.