Əlcəzair Universiteti (ər. جامعة الجزائر – بن يوسف بن خـدة) — Əlcəzairdə universitet. 1909-cu ildə əsası qoyulub və yeddi fakültədən ibarətdir.[2][3][4]
Əlcəzair Universiteti | |
---|---|
جامعة الجزائر – بن يوسف بن خـدة | |
36°46′12″ şm. e. 3°03′36″ ş. u.HGYO | |
Əsası qoyulub | 1909 |
Tip | Dövlət |
Prezident | Əli Əbubaha |
Rektor | Abdelhakim Bentellis |
Tələbə sayı | 100827 |
Şəhər | Əlcəzair |
Ölkə | |
Sayt | univ-alger.dz |
Vikianbarda əlaqəli mediafayllar |
Əlcəzairin müstəqillik referendumundan sadəcə bir ay əvvəl, 1962-ci il 7 iyunda Əlcəzairin müstəqilliyinin əleyhinə olan "qara ayaqlılar" (fr. pieds noirs) hərəkatı GST-nin (Gizli Silahlı Təşkilat, fr. Organisation Armée Secrète) başçılığı altında universitetin kitabxanasını alova verərək 500000 kitabı məhv etdi.[5] Bu kitabların yandırılması bir növ bütün ərəb dünyası boyunca həyata keçirilmiş "yandırılmış torpaq" siyasəti idi. Bu hadisənin digər ölkələrə təsiri özünü xüsusilə marka bazarında büruzə verdi. Belə ki, Misir, İraq, İordaniya, elə Əlcəzairin özü də üzərində kitabın və ya kitabxananın yanmasının təsvir edildiyi markalar istehsal etdilər. Bununla göstərmək istəyirdilər ki, müstəqilliyin əleyhinə olan bu hərəkat Əlcəzair öz mədəniyyətini yaratmaq niyyətində olduğu müddətcə bu mədəniyyəti yox etməyə çalışacaq.[6]
Universitetin kitabxanasında 800000 cild kitab mövcuddur.[7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |