Əlcəzair evkalipti

Eucalyptus algeriensis (lat. Eucalyptus algeriensis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Əlcəzair evkalipti
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Eucalyptus algeriensis Trab.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Əlcəzairdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20 m-ə çatan, piramidal çətirli, gövdəsi hamar qabıqlı, vaxtaşırı qabığını tökən ağacdır. İri ağaclarda yarpaqlar növbəli düzülüşlü, oraqvari, neştərvari, 10-15 sm uzunluqda 1-2 sm enində olub, mavi rənglidir. İri yarpaqları yumurtavari, 7-9 ədəd çiçəkləri başcıq çiçək qrupunda, 6–7 mm uzunluqda nazik saplaq üzərində yerləşmişdir. Qönçələrinin uzunluğu 8–9 mm, diametri 5–6 mm, uzunsov və ya yumurtavaridir. Meyvələrinin uzunluğu və diametri isə 10 mm-ə yaxındır. Toxumla çoxaldılır. Oduncağı qırmızımtıl rəngdədir. Morfoloji əhəmiyyətinə görə E. camaldulensis növünə oxşayır. Ancaq E.rudis və E. camaldulensis növləri arasında hibrid hesab olunur. Bu növ Əlcəzairdə təbii növlərin əkinləri arasında əldə edilmişdir və Abşeron şəraitində yaxşı bitir.

Quru subtropik zonalar üçün qiymətlidir. Abşeronun torpaq-iqlim şəraitində yaxşı inkişaf edir. Rütubətsevən bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Dendrologiya İnstitutunun təcrübə sahəsinə 1967-ci ildə Batumi Botanika bağından toxumu gətirilmiş və çoxaldılmışdır.

Çayların, bataqlıqların qurudulmasında geniş istifadə olunur.Park və bağların salınmasında, tək əkinlərdə, yolların kənarlarında qrup halında istifadə edilir. Tərkibində efir yağı vardır.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.