Əliş Zabit oğlu Məmmədov - Rusiya Federasiyası Saxa Respublikası IV, V və VI çağırış Dövlət Məclisinin (İl Tumen) deputatı, Saxa Respublikasının əməkdar inşaatçısı, "Yakutsement" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru[1].
Əliş Məmmədov | |
---|---|
Əliş Zabit oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Oraban, Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Fəaliyyəti | siyasətçi |
Tanınır | Saxa Dövlət Məclisinin - İl Tümen-in üzvü |
Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəki rayonunun Oraban kəndində doğulub. Məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1979-cu ildə isə institutu bitirərək əmək fəaliyyətinə "YakutPromStoyMaterial"da başlayıb. 1980-ci ildə isə orduya çağırılıb.[1][1]
1981-ci ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Saxaya geri dönüb və Verxnebestyaxsk tikinti bölgəsində iş icraçısı kimi fəaliyyətə başlayıb. 1982-ci ildən 1989-cu ilə qədər isə "Yakutsement" istehsalat birliyinin əsaslı tikinti şöbəsinin rəisi olaraq fəaliyyət göstərib. 1989-cu ildən günümüzə qədər "Yakutsement" İstehsalat Birliyinin baş direktorudur. Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvüdür.[1]
Saxa Dövlət Məclisi İl Tümendə "Vahid Rusiya" fraksiyasının üzvüdür. Saxa Respublikası IV, V və VI çağırış Dövlət Məclisinin deputatıdır.[2]
Saxa Respublikasının Fəxri Vətəndaşı və Əməkdar İnşaatçısıdır.[1]