Əliəkbər Bəndəliyev

Əliəkbər Bəndəliyev (23 aprel 2001; Çadırlı, Salyan, Azərbaycan10 oktyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1].

Əliəkbər Bəndəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çadırlı, Salyan, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Laçın, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbə vurulub. Son dəfə oktyabrın 8-i evlə əlaqə saxladıqdan sonra döyüşə yollanıb. 10 oktyabr tarixində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub[2].

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 8 dekabr 2020. 8 dekabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 fevral 2021.
  2. Şəhanə Müşfiq. "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!" (az.). 525-ci qəzet. 11 fevral 2021. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.