Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Rəcəbov Əli-Bala Ələkbər oğlu — gəmi kapitanı.
Əli-Bala Rəcəbov | |
---|---|
Əli-Bala Ələkbər oğlu Rəcəbov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 14 yanvar 1953 (73 yaşında) |
Vəfat yeri | |
Atası | Ələkbər Rəcəbov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Gəmi kapitanı |
Fəaliyyət illəri | 1905-1944 |
Mükafatları | "Əmək Qəhrəmanı" fəxri adı, "Qırmızı Əmək Bayrağı", "Lenin ordeni", "Almaniya üzərində qələbə", "SSRİ dəniz donanması Fəxri işçisi nişanı" |
Əli-Bala Rəcəbov 22 mart 1879-cu ildə Bakı şəhərində Xəzər dənizçiləri ailəsində anadan olmuşdur. Valideynlərini tez itirən Əli qardaşının himayəsində böyümüşdür. 1921-ci ildə Həştərxanda doğulmuş Pryanişnikova Marfa Matveyevna ilə həyat qurmuşdur. 1941-ci ildə həyat yoldaşı vəfat etmişdir. 1947-ci ildə isə Bakıda doğulmuş Myaçın Veronika Arkadyevna ilə ailə həyatı qurmuşdur. Təəccüblü deyildir ki, o da ailəsindən nəslən keçən ixtisasa yiyələnmiş və ömrünün əlli ilini bu sənətə həsr etmişdir.[1]
1904-cü il martın 8-də Bakı Dənizçilik peşə məktəbinə şturman olmaq üçün imtahan verən Rəcəbov, 1905-ci ildə milyonçu və xeyriyyəçi Musa Nağıyevin sahibi olduğu "Elias" gəmisində kapitan kimi fəaliyyətə başlayır. O, 1905-ci ildən 1922-ci ilə qədər Quliyevin sahibi olduğu "Abbasiya" gəmisində, 1922-ci ildən 1930-cu ilə qədər "İskra", "Lafarq" gəmiləri, 1930-cu ildən 1943-cü ilə qədər "Ağamalı oğlu" gəmisində kapitan kimi işləmişdir. İkinci Dünya Müharibəsi illərində Şimali Qafqazın işğalı və neftin dəmiryolu vasitəsilə daşınmasının qeyri-mümkünlüyü dənizçiləri və Bakı limanının rəhbərliyini yeni yollar axtarmağa vadar edir. Və nəhayət, bu yol tapılır. Dənizçilər neft dolu çənləri xüsusi quraşdırılmış dəmir yolu vasitəsilə Xəzərə endirir və oradan yedək gəmisi ilə Krasnovodska daşımağa başlayırlar. Bu, dünya neftdaşıma tarixində bir yenilik idi. Bu üsulla dənziçilər Bakıdan Krasnovodska 35 neftdaşıyan dəmir yol sisterni, Mahaçqaladan Krasnovodska hər birinin beş ton ağırlığı olan neft çənləri daşıyırlar. Bundan sonra düşmən aviasiyasının əsas hədəfi, təbii ki, neft daşımaları, deməli, Xəzər dəniz yolu olur. Həmin gərgin döyüş günlərində Xəzər donanmasına məxsus bir çox gəmi düşmən aviasiyasının hücumları nəticəsində zədələnir, hətta bəzi gəmilər batır. "Kasptanker"ə məxsus nəhəng "Ağamalıoğlu" gəmisinin düşmən təyyarəsi tərəfindən atəşə tutulmasına baxmayaraq gəmidəki 10 min ton benzinin xilas edilməsi isə Xəzər dənizçiliyi tarixinin qəhrəmanlıq səhifəsidir. "1942-ci il oktyabrın 27-də Həştərxana çatdırdığı benzini boşaldan "Ağamalıoğlu" gəmisi düşmən aviasiyasının hücumuna məruz qalır və dərhal gəmidə yanğın baş verir. Yaxınlıqda olan "Jdanov" gəmisi hava hücumunu dəf edərək "Ağamalıoğlu" gəmisinin köməyinə gəlir. Qeyd edək ki, "Ağamalıoğlu" gəmisinin kapitanı təcrübəli dənizçi Əlibala Rəcəbov idi. "Jdanov" gəmisi tankerə yaxınlaşana qədər təcrübəli kapitanın rəhbərliyi ilə yanğını heyət özü söndürə bilmişdi. Ə. Rəcəbov yaralansa da, gəmini tərk etməmişdi…"[2]
1942-ci ilin oktyabrın 28-dən II Dünya müharibəsində Həştərxanda hərbi tapşırığı yerinə yetirərkən düşmən aviasiyasının hücumu zamanı bombardmana düşmüş Rəcəbov boğazından və ayağından yaralanmış və sağalandan sonar 1943-cü il fevralın 10-da "Stalin" tankerində 1947-ci ilə qədər kapitan kimi çalışmışdır. 1947-ci ildə Rəcəbov səhhətinin pisləşməsi ilə bağlı olaraq gəmidə üzməyi dayandırmış, Kasptankerin təmir olunan gəmilərinə kapitan təyin edilmişdir. Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Ə.Rəcəbov haqqında yazılan təqdimat-tərifdə qeyd olunurdu: "1896-cı ildən su nəqliyyatında işləyir. "Ağamalıoğlu" tankerinin kapitanıdır. Nəqliyyatda işlədiyi müddət ərzində qəza törətməyib. 1933-cü ilin gərgin neft daşımaları zamanı iri tankerlərin dörd boru vasitəsilə doldurulmasını təklif edib. Onun bu təcrübəsi sonralar bütün tankerlərdə tətbiq olunub və bu, hər yükləmə zamanı vaxta iki saat qənaət etməyə imkan yaradıb. 1934-1935-ci illərin qış təmiri zamanı Rəcəbov yoldaş gəmini 8 günə təmirdən yüksək göstəricilərlə çıxarıb. Yoldaş Rəcəbov dəfələrlə mükafatlandırılıb".[3]
1936-ci ildə iş müddəti ərzində yaxşı işləməyinə və nefdaşıma planını yerinə yetirdiyinə görə "Əmək Qəhrəmanı" fəxri adı verilmiş sonar "Qırmızı Əmək Bayrağı", "Lenin ordeni", "Almaniya üzərində qələbə", "SSRİ dəniz donanması Fəxri işçisi nişanı" ilə mükafatlandırılmışdır. 1944-cü ildən isə fərdi təqaüdə çıxmışdır. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Məmbələr fondundakı 129 №-li papkada gəmi kapitanı Rəcəbov Əli-Bala Ələkbər oğlunun həyat və fəaliyyətini əks etdirən bir sıra tarixi sənəd və eksponatlar mühafizə edilir. 27 may 1966-cı ildə Əli-Bala Rəcəbovun həyat yoldaşı V.A.Myacina tərəfindən muzeyə hədiyyə olunan əşyalar XX əsr Azərbaycan tarixinin mühüm materialları sırasında qorunur.