Əli-Səttar Quliyev

Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru(2024)

Əli-Səttar Quliyev
Quliyev Əli-Səttar Elxan oğlu
Doğum tarixi (42 yaş)
Doğum yeri Bakı,Azərbaycan, Azərbaycan SSR,
Milliyyəti azərbaycanlı
Fəaliyyət illəri 2007-ci ildən
Mükafatları Milli Kino Mükafatı

Əli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub.

Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. Uşaqlıqdan teatr və kinoya maraq göstərib, 11 yaşından məktəb teatrında və KVN-in tamaşalarında iştirak edib.

Ailəlidir, 2 övladı var.

2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.

Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb.[1] 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-cü ildə “Nizami” Kino Mərkəzinə direktor təyin olunub.[2]

2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann,[3] Sarayevo, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib.

  • 2023-cü il "Stadionlar Səssiz olanda" filmi — İlin ən yaxşı idman filmi[4]
  • 2024-cü il Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı [5]
  • 2024-cü il Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təşəkkürnaməsi

Prodüser kimi:

  1. . Susma (2012, qısametrajlı bədii film)
  2. . Gil (2013, qısametrajlı bədii film)
  3. . Əlifba (2016, animasiya filmi)
  4. . Mozalan No. 196-199 (2016-2021, kinojurnal)
  5. . Son payız (2022, qısametrajlı bədii film)
  6. . İkinci planetin qırmızı rəngi (2024, qısametrajlı bədii film)
  7. . Sanki yoxsan (2024, qısametrajlı bədii film)

İcraçı prodüser kimi:

  1. . Tarın sədaları. Mansurovlar (film, 2013)
  2. . Fikrət Əmirov (2022, sənədli film)

Rejissor, ssenari müəllifi, prodüsor kimi:

  1. . Çardaq (2016, qısametrajlı bədii film)
  2. . Əlvida, Şmidt! (film, 2019)
  3. . Olimpia (2021, tammetrajlı bədii film)
  4. . Mən qardaşımı axtarıram (2022, qısametrajlı bədii film)
  5. . Stadionlar səssiz olanda (film, 2023)
  1. Senet.az. "Nazir Müşfiq Hətəmovu Əlisəttar Quliyevlə əvəzlədi" (az.). Senet.az. 12-11-2015. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12-11-2015.
  2. Musavat.com. "Əlisəttar Quliyev direktor TƏYİN OLUNDU" (az.). Musavat.com. 27-08-2024. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2024.
  3. Teleqraf.com. "Azərbaycan filmi Kannda yarışır: "Böyük qürurdur" - Əli Səttar Quliyev" (az.). [1]. 24-04-2024. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24-04-2024.
  4. Mys.gov.az. "Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib" (az.). Mys.gov.az. 2023-12-26. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  5. Kulis.az. ""Kino günü" ənənəvi mükafatının qalibləri açıqlandı" (az.). Kulis.az. 2024-08-01. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]