Əli Şirin Şükürlü

Əli Şirin Şükürlü – Fəlsəfə doktoru, fəxri professor, şair-esseist, yazıçı, 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü
255 h0jYHpz15u4I.jpg
Doğum tarixi (61 yaş)
Doğum yeri Masallı rayonu, Göyəçöl kəndi
Milliyyəti Azərbaycanlı
Elm sahələri Fəlsəfə doktorluğu üzrə: ehtimal nəzəriyyəsi – təsadüfi proseslərin tədqiqi, Elmlər doktorluğu üzrə: elm fəlsəfəsi – qeyri-səlis çoxluqlar (qeyri-səlis məntiq) nəzəriyyəsinin və süni intellektin fəlsəfi təhlili
Elmi dərəcəsi Fəlsəfə doktoru
Elmi adı Fəxri professor
Təhsili Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əli Şirin Şükürlü 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Müxtəlif dövlət qurumlarında, elm və ali təhsil müəssisələrində işləyib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işə başlamış, Ali təhsil üzrə sektorun müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan Abituriyent jurnalı redaksiyasında Yaradıcı qrupun rəhbəri vəzifəsində işləyir.

1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşgul olur. Fəlsəfə doktoru (riyaziyyat – Ehtimal nəzəriyyəsi: təsadüfi proseslərin tədqiqi), fəxri professordur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir. Onun fəlsəfə üzrə elmlər doktorluğu mövzusu “Bilik fəlsəfəsi” ixtisasına aid olub, qeyri-səlis çoxluqlar (həmçinin qeyri-səlis məntiq) nəzəriyyəsinin və süni intellektin fəlsəfi təhlilindən ibarətdir. Elm və fəlsəfənin inteqrasiyasında ərsəyə gələn Ədəbi suprematizm - intellektual poeziya haqqında nəzəriyyəsi, Oxşarlıqlar nəzəriyyəsi, Yuxugörmə barədə konsepsiyası və digər konsepsiyaları müxtəlif elmi dərgilərdə və dövri mətbuatda çap olunmuşdur.

Müxtəlif dillərdə çap olunmuş elmi, elmi-publisistik məqalələrin, ali məktəb tələbələri üçün “Ehtimal nəzəriyyəsinin elementləri” adlı metodik vəsaitin, 1 elmi-populyar (Ədəbi suprematizm və Dünyaya yeni baxış) kitabın müəllifidir. Elmi-populyar üslubda yazılmış “Ədəbi suprematizm və Dünyaya yeni baxış” adlı kitaba müəllifin elmi-fəlsəfi konsepsiyası əsasında ərsəyə gələn iki müxtəlif – İntellektual poeziya haqqında nəzəriyyəsi və bu nəzəriyyənin formalaşmasında mühüm rol oynayan riyazi qanunauyğunluq əsasında qurduğu fəlsəfi model daxil edilmişdir.

AYB-nin üzvü, Prezident təqaüdçüsüdür (2011-ci il). Dörd şeir kitabının, povest, esse və hekayələr müəllifi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin çapı ilə əlaqədar beş kitabın tərcüməçisidir. Əsərləri bir neçə dilə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatında əsasən intellektual ədəbiyyatın nümayəndəsi, şeir-esse janrınınƏdəbi suprematizm adlı ədəbi-fəlsəfi cərəyanının müəllifi kimi tanınır. Polşa Səfirliyi və AYB-nin “2011-ci Çeslav Miloş ili” ilə əlaqədar keçirdiyi ədəbi müsabiqədə “Xoşbəxtlik ehtimalı” adlı əsəri I diploma layiq görülmüş və 2012-ci ildə Polşa dövlətinin dəvəti ilə orada təhsil ezamiyyətində olmuşdur.

BSU-nun nəzdində yaradılmış Yaradıcılıq fakultəsində 2013-2015-ci tədris illərində elmi təfəkkür və ədəbiyyat (öz konsepsiyası əsasında hazırlanmış “Elm fəlsəfəsinin bədii yaradıcılıqda ifadəsi”) mövzusunda mühazirələr oxumuşdur.

Elmi əsərləri (2020-ci ildən etibarən dərc olunanların bir qismi daxil edilib):

[redaktə | mənbəni redaktə et]

1.A.S.Shukurov.Some probabilistic characteristics of one random process in reliability theory. İnformation and control problems.40 No.2 (2020).

2.A.S.Shukurov.Asymptotic results for a semi-Markov process describing the behavior of some stochastic systems.InformaticsandControlProblems. 41 No.1 (2021).

3.Əlişirin Şükürov. Ehtimal nəzəriyyəsi ilə Qeyri-səlis məntiqin elmi-fəlsəfi müqayisəsi və bədii yaradıcılıqda ifadə konsepsiyası. AMEA Fəlsəfə və Sosiologiya institutu. Elmi əsərlər. Benəlxalq elmi-nəzəri jurnal. 2021, № 2/37.https://scientificworks.az/elmieserler_pdf/elmi_eserler_2_(37)_2021.pdf

4. Əlişirin Şükürov. Qeyri-müəyyənlik və əsas iki forması: fəlsəfi təhlil. Geostrategiya №1(79). Bakı 2024.

5. Əlişirin Şükürov. Kvant fizikasının bəzi nəticələrinin fəlsəfi təhlilində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin yeri: epistemoloji aspektlər. Elm və innovativ texnologiyalar. №29 2024.

6. Əlişirin Şükürov. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin elmi-nəzəri və fəlsəfi-metodoloji əsasları. “Metafizika” Journal AcademyGate Publishing Vol 7, issue 3, serial 27, 2024. pp.214-228.

7. Əlişirin Şükürov. Entropiya və qeyri-səlis çoxluqlar nəzəriyyəsi: sinergetik aspektlər. AMEA Fəlsəfə və Sosiologiya institutu. Elmi əsərlər. Benəlxalq elmi-nəzəri jurnal. 2024, № 1(42).


Nəşr olunmuş kitabları (bədii, elmi-metodik və elmi-populyar):

1. Zərrə boyda sevgi. Mütərcim. 1998

2. Köksümdə çarmıxa çəkilmiş ürək. Azərnəşr 2003

3. Uçuşa bənzər. Naksuana 2005

4. Xoşbəxtlik ehtimalı. Şərq-Qərb 2011

5.Ədəbi suprematizm və Dünyaya yeni baxış. Vektor 2019

6. Ehtimal nəzəriyyəsinin elementləri. Bakı. Mütərcim 1999.


Tərcümə etdiyi əsərlər:

1.N.Qarin-Mixaylovski. Seçilmiş əsərləri. Şərq-Qərb 2007

2. K.İ.Çukovski. Seçilmiş əsərləri. Şərq-Qərb 2007

3.Robert Stivenson. Seçilmiş əsərləri. Şərq-Qərb 2010

4. O.Henri. Seçilmiş əsərləri. Şərq-Qərb 2013

5. Herbert Uels. Seçilmiş əsərləri. Şərq-Qərb 2017

6. Vislava Şimborska. Şeirləri – müxtəlif dərgilərdə dərc olunub.

Qeyd. Kitablar Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin çapı ilə əlaqədar tərcümə olunmuşdur.


Mühazirələr, müsahibələr və bədii əsərlər (bir qismi - elektron versiyaları):

Kult.az-da MasterKlass: Əli Şirin Şükürlünün dərsi - mühazirə

Əli Şirin Şükürlü - Ədəbi suprematizm və dünyaya yeni baxış – mühazirə

Özümüzdən danışaq - İntellektual ədəbiyyat | 02.06.2024 – Az.TV

Əli Şirin Şükürlü DTV Üz-üzə 02 04 2024 Könül Həbibqızının Təqdimatında – Dünya TV

"Düşünürəmsə Varam" - Azərbaycan Ədəbiyyatında intellektual mətn - suprematizm – Talk TV

Avanqard.net - Əli Şirin Şükürlü ilə VİDEO MÜSAHİBƏ

Əli Şirin Şükürlü ilə müsahibə | Kitabıstan | Etatist.com (TAM MÜSAHİBƏ)

"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ

Əli Şirin Şükürlü - "Xoşbəxtlik ehtimalı" - "Öz əsərini danışdır" – LAYİHƏ [1]

İntellektual poeziya: ədədi münasibətlərdən ədəbi mənalara Əli Şirin Şükürlünün şeirləri haqqında

Kulis.as tənqidçi Mehman Qaraxanoğlunun “Pandemiya günlərində ədəbi sezintilər” seriyasından “Təpəgöz: cəza kultu” essesini təqdim edir.

Alimimiz yeni ədəbi cərəyan yaratdı - Mətn

Əli Şirin Şükürlü.. Bir növ sevgi haqqında . Səs. Taviyə Ağasiyeva.

Əli Şirin Şükürlü - Azərlə Baycanın hekayəsi - Şeir-pritça

Qapalı rejimdən qeydlər (şeir-esse) - Əli Şirin Şükürlü yazır...

Sevgi hekayələri çoxalırdı ağacın gövdəsində - Əli Şirin Şükürlünün yeni şeirləri

Əli Şirin Şükürlü: Ədəbi suprematizm: 1 esse + 1 şeir

Kulis.az Əli Şirin Şükürlünün “Kvant fizikasından ədəbiyyata” adlı essesini təqdim edir.

Əli Şirin Şükürlü. Bədii mətnlərdə “ehtimal” elementləri

Əli Şirin Şükürlü "Dairəvi güzgü" (HEKAYƏ)

Əli Şirin Şükürlü. Su pərisi (Povest)