Göyəçöl — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
Göyəçöl | |
---|---|
38°59′35″ şm. e. 48°42′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.500 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4416[1] |
Digər | |
masalli-ih.gov.az | |
Masallı rayonunun Göyəçöl kəndinin tarixi qədim olsa da, əhalisinin indiki əraziyə köçməsi 300 ildən bir az artıq vaxta təsadüf edir. Bu kəndin sakinləri köçdən əvvəl "Arxarası" deyilən yerdə (Masallı rayonunun Viləş çayının üstündə - Alma bağları kimi tanınan ərazidə) yaşayıblar. Kəndin əvvəlki adı "100 ev" olub. (Kəndin bu cür adlandırılmasının səbəbi isə kəndin 100 evdən ibarət olması olub.) Sonradan köç nəticəsində (Viləş çayına tez-tez gələn sel təhlükəsindən qorunmaq üçün) kəndin sakinləri indiki ərazidə məskunlaşmışlar.
Əsasən çəmənlik ərazidən ibarət olan bu böyük əraziyə Göy çöl deyirlərmiş. Bu kəndin adı da əvvəllər Göy çöl, sonralar Gen çöl, hazırda isə Göyəçöl kimi formalaşmışdır. Qonşu kəndlərin sakinləri hələ də kəndin adını Gençöl kimi işlədirlər.
Amma Azərbaycan respublikasının enisklopediyasında və akademik Budaq Budaqovun "Azərbaycanın Lənkəran regionunun toponimlərinin izahlı lüğəti" kitabında Göyəçöl kəndinin adı haqqında qeyd olunanlara əsaslanıb demək olar ki, Göyəçöl sözü - «Gəy» (Bu sözün kökü Türk dillərindəki «köy» sözündən olub, Azərbaycan dilində «kənd» mənasını daşıyır.) «kənd» mənasını verən söz, «ə» birləşdirici saiti və çöl sözündən ibarətdir.[mənbə göstərin]
Masallı rayonunun Göyəçöl kəndində 11 illik tam orta məktəb, uşaq baxçası, tibb məntəqəsi, poçt, bələdiyyə və icra nümayəndəliyi binası fəaliyyət göstərir.
Nicat Həsənov adına Göyəçöl kənd tam orta məktəbinin əsası isə 1932-ci ildə qoyulmuşdur.
Göyəçöl kəndinin əhalisi müsəlmanlardan ibarətdir. Bu kəndin iki məscidi var. Məscidlər XVII əsrin sonlarında inşa edilmişdir.[mənbə göstərin]
Kəndin indiki ərazisi şimal - qərbdən Musaküçə kəndi, qərbdən Lürən kəndi, şərqdən Ələt - Astara yolu, cənubdan Xıl kəndi ilə həmsərhəddir. Göyəçöl kəndi Ələt - Astara magistiral yolunun 169 km-də yerləşir. Masallı rayonuna daxil olan bu kənd rayon mərkəzindən 4,7 km uzaqlıqda yerləşir.
Göyəçöl kəndinin üç əsas yolu var: Birinci yol Şimaldan Musaküçə kəndi ilə, ikinci yol Cənubdan Xıl kəndi ilə Göyəçöl kəndini birləşdirir, üçüncü yol isə Ələt - Astara yoluna çıxış (Bu yol əsas yoldur. - Çünki kəndin magistiral yola çıxışıdır.) yoludur.
Göyəçöl kəndi qaz və işıqla təmin olunubdur.
Kəndin ərazisi bərəkətli torpaqlardan ibarətdir və düzənlikdir. Hər tərəf yaşıllıqlarla örtülüdür.[mənbə göstərin]
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Göyəçöl kəndində 65 evdə 262 nəfəri kişilər, 182 nəfəri isə qadınlar olmaqla 444 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[2] yaşayırdı.[3] Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.[3]
Göyəçöl kəndi 788 yaşayış evindən ibarətdir və əhalisinin sayı 3500 nəfərdir. Kənd əhalisi Azərbaycanlılardan (Azərbaycan türklərindən) ibarətdir. Göyəçöl kəndinin əhalisi Böyük Vətən müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir.
Göyəçöl kəndinin əhalisi ilkin dövrlərdən əkinçililik, çəltikçilik və heyvandarlıqla məşğuldur.
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |