Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əli Əkbər Salehi (fars. علی اکبر صالحی) — İran İslam Respublikasının xarici işlər naziri (13 dekabr 2010 – 15 avqust 2013); İran Atom Enerjisi Təşkilatının rəhbəri (16 iyul 2009 - 13 dekabr 2010; 16 avqust 2013 - h.h.).
Əli Əkbər Salehi | |
---|---|
fars. علی اکبر صالحی | |
İran İslam Respublikasının xarici işlər naziri | |
13 dekabr 2010 – 15 avqust 2013 | |
Əvvəlki | Mənuçöhr Möttəki |
Sonrakı | Məhəmməd Cavad Zərif |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kərbəla, İraq |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], diplomat, fizik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Salehi 1949-cu ildə İraqın Kərbəla şəhərində anadan olub. 9 yaşında İrana qayıdıb. Beyrut Amerika Universitetində mexanika mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb. 1977-ci ildə ABŞ-nin Massaçuset Texnoloji Universitetini nüvə mühəndisliyi doktoru elmi dərəcəsi bitirib.
İsfahanın Sənaye Universitetində və İran Atom Enerjisi Təşkilatında işləyib.
Tehran Sənaye Şərif Universitetinin rektoru vəzifəsində çalışib. Məhəmməd Xatəminin prezidentliyi dövründə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi olub.
2007-2009-cu illərdə İslam Konfransı Təşkilatı baş direktorunun müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyul ayından İran Atom Enerjisi Təşkilatının rəisi idi.
2010-cu il dekabrın 13-də İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə xarici işlər naziri təyin olunmuşdur.