Məhəmməd Cavad Zərif Xunsari (fars. محمدجواد ظریف; 7 yanvar 1960[5], Tehran, İran) — İran siyasətçisi, diplomatı,[6] akademiki və dövlət xadimi. İran İslam Respublikasının xarici işlər naziri (15 avqust 2013 – 25 avqust 2021). O, 1990-cı illərdən bəri müxtəlif diplomatik və hökumət vəzifələrdə işləmişdir. Zərif həmçinin, Beynəlxalq Münasibətlər Məktəbi və Tehran Universitetində diplomatiya və beynəlxalq təşkilatlar barədə dərslər keçən bir professordur. O, 2002–2007-ci illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi idi.[7]
Məhəmməd Cavad Zərif | |
---|---|
fars. محمدجواد ظریف | |
15 avqust 2013 – 21 avqust 2021 | |
Prezident | Həsən Ruhani |
Əvvəlki | Əli Əkbər Salehi |
Sonrakı | Hüseyn Əmir Abdullahiyan |
6 sentyabr 2013 – 14 iyul 2015 | |
Prezident | Həsən Ruhani |
Əvvəlki | Abbas Arağçı (davamçı BHFP komissiyasının başçısı olaraq)[3] |
Sonrakı | Səid Cəlili |
Vəzifədədir | |
5 avqust 2012-ci ildən | |
Prezident | Məhəmməd Hatəmi Mahmud Əhmədinejad |
Əvvəlki | Hədi Nejad-Hüseynyan |
Sonrakı | Məhəmməd Xəzai |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1960[5] (64 yaş) |
Doğum yeri | |
Təhsili |
San-Fransisko Dövlət Universiteti (İ.B.) (İ.U.) Kolumbiya Universiteti Beynəlxalq və İctimai İşlər Məktəbi (buraxıb)[4] |
Fəaliyyəti | akademik[d] |
Həyat yoldaşı | Məryəm İmaniyyə (ev. 1979)[1] |
Uşaqları | Məhsa və Mehdi[2] |
Dini | şiəlik |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
mfa.gov.ir/index.aspx?fk… | |
Vikianbarda əlaqəli mediafayllar |
Xarici işlər naziri olduğu müddətdə Zərif İranın altılıq ölkələri ilə keçirdiyi danışıqlara rəhbərlik etmişdir. Bu, 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasına gətirib çıxarmışdır. Müqaviləyə görə 16 yanvar 2016-cı ildə İrana qarşı sanksiyalara son qoyulmuşdur.[8]
Zərif bir neçə daxili və beynəlxalq vəzifələrdə də çalışmışdır – xarici işlər nazirinin baş məsləhətçisi, xarici işlər nazirinin qanuni və beynəlxalq işlərdə müavini, BMT-nin Sivilizasiyalar Arasında Dialoq üzrə görkəmli şəxslər qrupunun üzvü, Nyu-York şəhərindəki BMT-nin Silahsızlaşdırma Komissiyasının başçısı, BMT-nin ümumdünya idarəetmə üzrə görkəmli şəxslər qrupunun üzvü və Azad İslam Universitetinin beynəlxalq işlər üzrə vitze-prezidenti.[9]
Məhəmməd Cavad Zərif Xunsari 7 yanvar 1960-cı il tarixində İranın paytaxtı Tehran şəhərində anadan olmuşdur.[10][11] "The New Republic" jurnalının verdiyi məlumata görə, Zərif Tehranda zəngin, dindar və siyasi cəhətdən mühafizəkar olan bir tacir ailəsində anadan olmuşdur. Onun atası İsfahan şəhərinin ən görkəmli biznesmenlərindən biri, anası isə Tehran şəhərinin ən tanınmış biznesmenlərindən birinin qızı idi. O, özəl dini məktəb olan Tehran şəhərindəki Ələvi məktəbində təhsil almışdır.[4]
Zərifin valideynləri onun televiziya, radio və qəzetlərlə maraqlanmasına icazə vermirdi. Onun yerinə Zərif Əli Şəriəti və Səməd Behrənginin kitablarını oxuyaraq inqilabı ideyaları mənimsəmişdir.[4]
Zərif 17 yaşında ikən İrandan ABŞ-yə köçmüşdür. O, Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən və özəl kollec-hazırlıq orta məktəbi olan Drü Kollec Hazırlıq Məktəbində təhsil almışdır.[4] Zərif təhsilini San-Fransisko Dövlət Universitetində davam etdirib və ikisi də beynəlxalq münasibətlər üzrə olmaqla oranı 1981-ci ildə İ. B., 1982-ci ildə isə İ. U. dərəcləri ilə bitirmişdir.[12] Bunun ardından Zərif təhsilini Denver Universitetindəki Cozef Korbel adına Beynəlxalq Elmlər Məktəbində davam etdirib. O, buranı 1984-cü ildə beynəlxalq münasibətlər üzrə ikinci İ. U. dərəcəsini alaraq, 1988-ci ildə isə hüquq və siyasət üzrə fəlsəfə doktoru elmi dərəcəsini alaraq bitirmişdir.[13][14] Onun tezisinin adı – "Beynəlxalq hüquqda və siyasətdə özünümüdafiə".[15]
Bitirdiyi məktəbdə professor olan və Zərifin dissertasiyasını nəzərdən keçirən komitəyə sədrlik edən Tom Rou Zərif haqda "o, dərs keçdiyim ən yaxşı tələbələrdən biri idi" demişdir.[16] Vaxtilə Zərifə dərs keçmiş və onun dissertasiyasını nəzərdən keçirən komitənin üzvü olan Ved Nanda Zərif haqda "o, sinif otağında yaxşı idi. O vaxtlar… mən fikirləşirdim ki, öz ölkəsinin talehində böyük rol oynacaq" demişdir.[17]
Məhəmməd Cavad Zərif evlidir və iki övladı var (1-i qız, 1-i oğlan). Onların ikisi də ABŞ-də anadan olublar. O, indiki həyat yoldaşı ilə 1979-cu ilin yayında bacısı vasitəsilə tanış olmuşdur. Onlar İranda evləniblər, ancaq İran İslam İnqilabı səbəbilə ABŞ-nin Nyu-York şəhərinə köçməli olublar.[4] Zərif ana dili olan farscadan əlavə, ingilis dilində də səlis danışır.
Zərif İranda güclü reputasiya və xalq arasında populyarlıq əldə etmişdir.[18][19] "İnformasiya və İctimai Fikir Çözümləri MMC"-nin (İİFÇ) 2016-cı ilin mart ayında keçirdiyi sorğuya görə, Zərif İrandakı ən populyar siyasi xadimdir. Sorğuda iştirak edənlərin 76%-i lehinə, 7%-i isə əleyhinədir.[20]
Lent | Fərqləndirmə | Ölkə | Tarix | Yer | İst. |
---|---|---|---|---|---|
I dərəcəli "Ləyaqət və İdarəetmə" ordeni | İran | 8 fevral 2016 | Tehran | [27] | |
"And Kondoru" milli ordeni böyük xaçı | Boliviya | 26 avqust 2016 | La-Paz | [28] | |
"Dostluq" ordeni | Qazaxıstan | 10 sentyabr 2018 | Tehran | [29] |
Məqalələr