Bu məqalədə müəllif tərəfindən yayımlanan mənbələrdən istifadə edildiyi güman olunur. |
Əli Əliyev (tam adı: Əli Binnət oğlu Əliyev) — kimya elmləri doktoru, professor.
Əli Əliyev | |
---|---|
Əli Binnət oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Ətyeməzli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi |
Əli Binnət oğlu Əliyev 24 iyul 1940 ildə Ağdam rayonunun Ətyeməzli kəndində dünyaya gəlmişdir. Ağdam 1 saylı orta məktəbində təhsil almış (1949-50), Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində ali təhsil almış (1960-1965), fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Üzvi kimya kafedrasına aspirant götürülmüş (1965-68), "2,5 - dialkilbenzilmerkaptanların S - əvəzli törəmələrinin sintezi və tədqiqi" mövzusunda namizədlik (1969), "Funksional əvəzli 1,3 - diheterotsikloalkanların və onların sələflərinin sintezi və müxtəlif materiallara əlavə kimi tədqiqi" mövzusunda doktorluq (1972) dissertasiyası müdafiə etmişdir.
Əli Əliyev Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Kimya kafedrasında laborant, assistent, baş müəllim, dosent (1974-78) vəzifələrində işləmişdir. O, 1990 ildə professordur. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kimya kafedrasının müdiridir.
Əli Əliyevin elmi-pedaqoji fəaliyyəti 3 dərslikdə, 10 dərs vəsaitində, 13 müəlliflik şəhadətnaməsində və 1 patentdə öz əksini tapmışdır. Onun əsas elmi-tədqiqat işləri tərkibində oksigen, kükürd, azot və fosfor saxlayan üzvi birləşmələrin sintezi və onların sürtkü yağlarına və yanacaqlara aşqar, polimerlərə əlavə və korroziyaya qarşı inqibitor xassələrinin öyrənilməsinə həsr edilmişdir.
Əli Əliyev Respublikamızda və keçmiş ittifaq məkanında keçirilmiş Beynəlxalq və Ümumittifaq konfrans və simpoziumlarında məruzələrlə çıxış etmişdir.