Əlizadə Əli Fikrət oğlu (21 iyun 1978, Naxçıvan) — Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri[3][4], Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2016–2021), İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının keçmiş baş konsulu (2010–2016).
Əli Əlizadə | |
---|---|
Vəzifədədir | |
7 avqust 2021[1][2] | |
Əvvəlki | Bünyad Hüseynov |
2 may 2016 – 16 iyul 2021 | |
Əvvəlki | Daşqın Şikarov |
Sonrakı | Xəzər Fərhadov |
2010 – 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 iyun 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Uşağı | 3 |
Əli Əlizadə 21 iyun 1978-ci ildə anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib. 2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb. 2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.
2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib[5]. Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub.
5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq[6] 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib[7]. 16 iyul 2021 tarixində isə geri çağrılmışdır.[3]
Əli Əlizadə 7 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.[8]
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, üç övladı var.
2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunub. 2014-cü ildə isə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı" adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[8] 2019-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.