Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin]
Əli Əsgər | |
---|---|
türk. Ali Asker | |
Doğum tarixi | 1968 |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Konstitusiya Hüququ |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru (2007) |
Elmi adı | Professor (2021) |
İş yerləri | Karabük Universiteti, Beynəlxalq Münasibətlər Kafedrasının sədri |
Təhsili | Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq (1997) (bakalavr) Mərmərə Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2000), Ankara Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2007) |
Ailəlidir, bir övladı var.
1986–1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998–2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır.
2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1]
Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası
Özəl Mükafatı verilmişdir.