Əli Qaramanlı

Əli Qaramanlı — Osmanlı Tripolitaniyası hakimi, Əhməd Qaramanlının ikinci oğlu, paşa. 40 il hakimiyyətdə qalmışdır.

Əli Qaramanlı
24 iyul 1754 – 30 iyul 1793
ƏvvəlkiMehmet Qaramanlı
SonrakıƏli Burğul Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Əhməd Qaramanlı
Rütbəsi Admiral

Əli Qaramanlı qardaşından sonra hakimiyyətə gəlmiş, 1754-1758-ci illərdə Manşiya və Sahil bölgələrində üsyanları yatırtmaq məcburiyyətində qalmışdır. Onun ordusunda 400 yeniçəri, 200-300 müsəlmanlaşdırılmış keçmiş-xristian, 500 alban və 600 ərəb əsgər var idi. Dənizçilərin çoxu ya alban ya da ərəb idi. 1767-ci ildə ölkədə yayılan yoluxucu xəstəlik və 1784-cü ildəki aclıq fəlakəti hakimiyyətinin sarsılmasına səbəb olmuşdu.[1] Fransız konsulu onun haqqında yazırdı[2]:

" O idarə edir amma əmrlərinə itaət edilmir. Öz hərəminə girib və susur. Heç nə ucaltmır, heç nə təmir etmir, hər şey uçub tökülür. "

1790-cı ildə oğlu Həsən, digər oğlu Yusif tərəfindən güllələnərək öldürülmüşdü. Əli, Həsənin yerinə vəliəhd olaraq digər oğlu Əhmədi təyin etmişdi. Lakin yerli əhali Yusifi dəstəkləyirdi. Bəni Nüveyr qəbiləsinin köməyi ilə 1792-ci ildə üsyana başlayan Yusif tezliklə Əlcəzairdən gələn Əli Burğul paşanın gözlənilməz hücumu ilə qarşılaşdı. 30 iyul 1793-cu ildə Əli Qaramanlı Tunisə qaçmalı oldu.

Əli Burğul dövründə

[redaktə | mənbəni redaktə et]

1793-cü ildə Tunisə qaçan Əli, Tunis paşası Həmmud paşa köməyi ilə 20 yanvar 1795-ci ildə Əli Burğul paşanı devirərək Tripolitaniyanı geri aldı. Özü Tunisdə qalsa da, hakimiyyəti oğlu II Əhməd Qaramanlıya verdi.

  1. E. Rossi. Storia di Tripoli e della Tripolitania dalla conquesta araba el 1911, Roma 1968
  2. John Wright - A history of Libya, səh. 80 Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine