Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əli ibn Hüseyn əl-Haşimi — (ərəb. علي بن حسين لهاشمي; 1 yanvar 1879, Məkkə, Hicaz vilayəti – 14 fevral 1935, Bağdad) — 1924–1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı.
Əli ibn Hüseyn əl-Haşimi | |
---|---|
ərəb. علي بن حسين لهاشمي | |
1924 – 1925 | |
Əvvəlki | Hüseyn ibn Əli əl-Haşimi |
Sonrakı | Əbdüləziz ibn Səud əl-Səud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 1935 (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Regent |
Atası | Hüseyn ibn Əli əl-Haşimi |
Uşaqları |
|
Ailəsi | Haşimilər |
Dini | sünni islam, islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi.
Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi.
1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi.
Əli Ciddəyə tərəf çəkildi və nəticədə Nəcd əmirliyi Məkkə və Mədinə şəhərlərini ələ keçirdi. 1925-ci ildə Nəcd əmirliyi ilə Böyük Britaniya arasında müqavilə imzalandı. Bu müqavilə ilə ingilislər Nəcdin Hicazı zəbt etməsini təsdiqləyirdilər. 22 dekabr 1925-ci ildə Ciddə təslim oldu. Hicazın sonuncu Haşimi kralı Əli ailəsi ilə birlikdə İraqa qardaşı Feysəl ibn Hüseynin yanına getdi.[1]
1935-ci ilin fevralın 13-də Bağdadda öldü.
Əli ibn Hüseyn, 1906-cı ildə Məkkə şərifi əmir Abdullah ibn Məhəmməd Paşanın qızı Nəfisə xanım ilə evləndi. Bu evlilikdən onun dörd qızı və bir oğlu dünyaya gəlmişdir.