Hicaz vilayəti (ərəb. ولاية الحجاز; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur[1]. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı[2]. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi[3]. Sonradan mərkəz Taifə köçürülmüşdür[1].
Hicaz vilayəti | |
---|---|
Ölkə | |
İnzibati mərkəz | Məkkə, Taif |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1872 |
Ləğv edilib | 10 yanvar 1919 |
Vikianbarda əlaqəli mediafayllar |
1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi.
1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər. XIX əsrin əvvəllərində Misir vilayətinin əlinə keçdi və Qavalalı Mehmed Əli Paşa osmanlılar adına bölgəni idarə etməyə başladı. 1811-ci ildə bölgəni vəhhabilər işğal etsə də Qavalalı Mehmed Əli Paşa təkrar bölgəni geri aldı
1872-ci ildə Məkkə şərifliyi ləğv edildi[4]. Onun əhatə etdiyi torpaqlarda Hicaz vilayəti yaradıldı. I Dünya müharibəsi zamanı 1916-cı il iyul ayında ərəblər tərəfindən ələ keçirildikdən sonra vilayət ləğv edilərək müstəqil Hicaz krallığı yaradıldı[5].
1885-ci ildə Osmanlı imperiyasının Hicaz vilayəti üzrə əhalinin siyahıya alınmasına əsasən, vilayət əhalisinin ümumi sayı 3.5 milyon nəfərdir. Vilyam L. Oçsenvaldın sözlərinə görə, XIX əsrdə Asır və Hicazın faktiki əhalisi 400 000-dən 800 000 diapazonundadır. Əhalinin əksər hissəsi heyvandarlıqla məşğul olan oturaqlar və yarımsəhra köçəriləridir. Vilayətdə bədəvi tayfaları üstünlük təşkil edirdi. Onların üzərindəki Osmanlı nəzarəti formal idi. Bədəvi tayfalarından əsasən Mədinə və Ciddə sancaqlıqlarına valilər təyin edilirdi.
Hicaz vilayətinə bağlı olan sancaqlıqlar aşağıdakılardır[6]: