Əliabad (Naxçıvan)

Əliabad (əvvəlki adı: Myasnikovabad[1]) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Əliabad kənd inzibati ərazi dairəsi Naxçıvan şəhərinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd inzibati ərazi dairəsi Əliabad qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.[3]

Əliabad
39°13′36″ şm. e. 45°23′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əliabad xəritədə
Əliabad
Əliabad

Əvvəllər kənd olmuşdur. Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərli özünün məşhur "Əliabada gedən yol" əsərində XX əsrin əvvəllərində kəndi təsvir etmişdir. Sovet hakimiyyəti illərində kəndə gedən yolda bir sıra ictimai yaşayış binaları inşa edilmiş və bir müddət bu yaşayış məntəqəsi erməni bolşeviki A.F.Myasnikovun adı ilə Myasnikovabad adlandırılmışdır. 1991-ci ildən Əliabad adı ilə rəsmiləşdirilmişdir.[4]

2009-cu ildə Əliabad qəsəbəsində quraşdırılan “Karel” DS-200 tipli elektron ATS 800 nömrə tutumludur. Bu nömrələrdən 649-u istifadə olunmaqdadır.

2013-cü il noyabrın 26-da Naxçıvan şəhərinin Əli­abad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. 846 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 47 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, kitabxana, idman zalı və bufet vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə dağ ətəyində yerləşir. Son illər yaşayış məntəqəsi genişlənərək Naxçıvan şəhəri ilə birləşmişdir.

  1. Мјасниковабад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
  3. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  4. Əliabad (Naxçıvan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.