Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Əlif Qulu oğlu İsmayılov[1] (19 oktyabr 1919 - 19 noyabr 2005, Qubadlı qəzası, Yuxarı Mollu kəndi, Azərbaycan) — tarixçi, əməkdar müəllim və pedaqoq.
Əlif İsmayılov | |
---|---|
Əlif Qulu oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qubadlı qəzası, Yuxarı Mollu, AXC |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | Tarixçi |
Atası | Qulu İsmayılov |
Həyat yoldaşı | Xeyri İsmayılova |
Uşaqları | oğlanları:Sabir, Rafael; qızları:Nazilə, Zöhrə, Sevil, Şəkil, Nuruyə. |
|
|
Təltifləri | Azərbaycan SSR əməkdar müəllimi |
Əlif Qulu oğlu İsmayılov 1919-cu ildə noyabrın 12-də Qubadlı qəzası, Yuxarı Mollu kəndində anadan olub. 1926-1936-cı illərdə kənd orta məktəbində oxuyub. 1936-1940-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsində təhsil almışdır. 1941-ci ildən ASSR Qubadlı rayon Xalq Maarif Şövbəsində inspektor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1942-ci ildə doğulub boya-başa çatdığı kənddəki məktəbə direktor təyin edilmişdir. 1974-cü ilə kimi Yuxarı Mollu kənd məktəbində direktor vəzifəsində çalışmışdır.
1974-cü ildən ömrünün sonuna kimi Qubadlı rayonu, Yuxarı Mollu kənd orta məktəbində (hazır ki, Q. Məmmədov adına Yuxarı Mollu kənd orta məktəbi) tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Dəfələrlə ümumrespublika müəllimlərinin qurultayında nümayəndə olmuş, təbliğat və təşviqat sahəsində, ictimai işlərdə fəal iştirak etmişdir. Müxtəlif medal və fəxri fərmanlarla təltif olunmuşdur[2]. Pedaqoji fəaliyyətinə görə “Azərbaycan SSR əməkdar müəllimi” adına layiq görülmuşdür.
Həyat yoldaşı:Xeyri; oğlanları:Sabir, Rafael; qızları:Nazilə, Zöhrə, Sevil, Şəkil, Nuruyə.