Əliheydər Ələkbərov

Əliheydər Əbdüləli oğlu Ələkbərov (26 iyul (8 avqust) 1915, Bakı3 mart 1975, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949).

Əliheydər Ələkbərov
Əliheydər Əbdüləli oğlu Ələkbərov
Doğum tarixi 26 iyul (8 avqust) 1915
Doğum yeri
Vəfat tarixi 3 mart 1975(1975-03-03) (59 yaşında)
Vəfat yeri
Mükafatları

Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-ı anadan olmuşdur

Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960–1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib.

Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov. 6 dekabr 1964), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə və Süleyman Ələsgərov. 16 fevral 1968), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik" (5 yanvar 1963), "Olmadı elə, oldu belə" (15 mart 1964) və "Milyonçunun dilənçi oğlu" (20 may 1966) "Hacı Qara" (Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında, libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Vasif və Ramiz Mustafayev. 14 oktyabr 1962), "Keçmişin məişət səhnələri" (Mirzə Ələkbər Sabirin şeirləri əsasında, librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) musiqili komediyaları repertuarda daha uzunömürlü olublar.

O, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" operettasına 1966-cı ildə Bolqarıstanın Şumen şəhərindəki Türk teatrında quruluş verib. Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb. 1967-ci ildə Filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə əsərə quruluş verib. 1965-ci ildən Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib.

Əliheydər Ələkbərov 1975-ci il martın 14-ü vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]