Əlipaşa bəy Sultanov

Əlipaşa bəy Xanmurad bəy oğlu SultanovXosrov bəy, Sultan bəy və Rüstəm bəy Sultanovların atası. Zəngəzurda böyük mülkləri olan bəy.

Əlipaşa bəy Sultanov
Əlipaşa bəy Xanmurad bəy oğlu Sultanov
Digər adı Paşa bəy Murad bəy oğlu Sultanov
Doğum tarixi
Doğum yeri Kürdhacı, Hacısamlı nahiyəsi (indiki Laçın), Zəngəzur
Vəfat tarixi
Vəfat yeri Kürdhacı, Hacısamlı nahiyəsi (indiki Laçın), Zəngəzur
Həyat yoldaşları Bəyim xanım, Ağaxanım Seyid Mirəziz qızı
Uşaqları Sultan bəy Sultanov, İskəndər bəy Sultanov, Xosrov bəy Sultanov, Rüstəm bəy Sultanov və Aftab xanım (Bəyim xanımdan)
Bahadur bəy, İsrafil bəy, Zülü bəy, Ziba xanım və Məhbub xanım (Ağaxanımdan)
Atası Xanmurad bəy Qaraçorlu
Anası Ağapəri xanım

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlipaşa bəyin doğulduğu Kürdhacı kəndi XVIII əsrdə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Nəbi bəyin Xıdır bəy adlı oğlu, Xıdır bəyin Xanmurad bəy adlı oğlu vardı. Əlipaşa bəy isə Xanmurad bəyin oğludur.

Xalq arasında Paşa bəy adı ilə şöhrət tapan bu şəxs sənədlərdə Əlipaşa bəy kimi qeyd olunmuşdur. Əlipaşa Xanmurad oğlu bəy rütbəsi almaq üçün Sultanov familiyasını qəbul edir. Əlipaşa bəy Xanmurad oğlu Sultanovun bəylik alması barədə tarixi sənəd Azərbaycan Dövlət Arxivində saxlanılır. Həmin sənəddə qeyd edilir ki, Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokoluna əsasən Əlipaşa bəy Xanmurad oğlu Sultanovun bəy nəslinə mənsub olması təsdiq edilir. Şuşa bəy komissiyasının çıxardığı bu qərar 1877-ci ildə Qafqaz canişini M.Vorontsov tərəfindən təsdiq edilir və Əlipaşa bəy Xanmurad oğlu Sultanovun adı Yelizavetpol quberniyasının Zəngəzur qəzası nın bəyləri siyahısına daxil edilir. Beləliklə, Əlipaşa bəy Sultanov Hacısamlı nahiyəsinin bəyi təyin edilir. Əlipaşa bəyə verilən sənəddən məlum olur ki, 1872-ci ildə onun 35 yaşı var imiş.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əlipaşa bəyin atası Xanmurad bəy, anası isə Hətəmlər Şahverdinin bacısı Ağapəri olmuşdur. Əlipaşa bəy əvvəlcə Bəyim xanımla ailə qurmuşdur. Bəyim xanım 1844-cü ildə anadan olmuşdur. Bəyim xanımdan Sultan bəy, İsgəndər bəy, Xosrov bəy, Rüstəm bəy və Aftab xanım dünyaya gəlmişdir. Bir müddət sonra Əlipaşa bəy Seyid Mirəzizin qızı Ağaxanımla da evlənir. Ağaxanımdan Bahadur bəy, İsrafil (Srafil) bəy, Zülü bəy, Ziba xanım və Məhbub xanım dünyaya gəlmişdir.

Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]

Mir Möhsün Nəvvab "1905–1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində Əlipaşa bəy Xanmurad bəy oğlu haqqında yazır:

"Piçənis müsəlman kəndindən və başqa müsəlman kəndlərindən 300 nəfərə qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb, Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar, bir qismi isə qaçıb, dağıldılar. Piçənisli müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xoznavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub, qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.

Bir-iki gün keçdikdən sonra həmin dəstə üç yüz erməni evi olan Əliqulu kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndülər.

Paşa bəyin dəstəsi bir gecə dincəldikdən sonra sabahısı günü Qaladərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilər qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşıladılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələ keçirərək oradan 450 qoyun, 60 qaramal və dörd quyu buğda əldə etdilər. Buğdanı atlara yükləyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar Qaladərəsi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər.

Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdikdən sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Külədik kəndinin üstünə gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. Müsəlmanlar "Ya Allah" deyib ermənilərin üstünə töküldülər və bir neçə saat ərzində onlardan yüz nəfərini qətlə yetirdilər. Bununla bərabər, neçə-neçə yararlananları da var idi. Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kəndliləri həmin gecə istirahət etdikdən sonra səhərisi yenə də atlandılar. Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onlar az olmasına baxmayaraq, Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Müsəlmanlar onların üzərinə hücum edərək karıxdırıb və 90 nəfərəcən ermənini qətlə yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər. Bu qorxmaz dəstə orada da 16 nəfər erməni öldürdükdən sonra 60 baş qaramal qənimət götürərək kəndlərinə qayıtdılar.

Gecə yatıb, istirahət etdikdən sonra səhər durub, atlarını yəhərləyərək atlandılar və Ballıca kəndinin üstünə hərəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşıladılar. Atışma başlandı. Hər iki tayfanın səs-küyü və nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar.

Səhəri günü Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan əvvəl ermənilər öz ağaları Məmməd ağa Ata xan oğluna nankorluq edərək evini dağıtmış, bağını qırıb, çobanlarını öldürmüşdülər. 400 baş qoyunu isə yığıb aparmışdılar. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah və kömək gətirmişdilər. Müsəlmanların gurultusu eşidilən kimi onlar səngərə, övrət-uşaq isə gizli yerlərə çəkilib çığırışdılar. Müsəlmanlar onları hər tərəfdən mühasirəyə alaraq gülləbaran etməyə başladılar.

Səhəri gün Paşa bəyin dəstəsindən səkkiz nəfər seçmə cavan atlanaraq Dəduq kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yerləşən dörd ev çox əmin və möhkəm yerdə durmuşdu. Ona görə də burada çoxlu erməni məskən salmışdı. Müsəlmanlar ermənilərin bu evlərdə tutduğu möhkəm möqeyi dağıtmaq üçün hündür bir yerə çıxaraq oradan bu evləri gülləbaran etməyə başladılar. Onlar dörd-beş nəfər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib edərək atəşə tutdular. Onlardan bir neçəsini öldürdülər, bir neçəsini də yaraladılar. Sonra evlərə qayıdıb orada olan əşyaları qənimət kimi götürdülər, erməniləri isə əsir kimi apardılar".

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]