Əliqulu xan (gürcü)

Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir.

Əliqulu xan
bayraq
Baş komandan (sepahsalar)
bayraq2
1650 – 1654
ƏvvəlkiMurtuzaqulu xan Qacar
1650 – 1651
ƏvvəlkiII Pirbudaq xan Pörnək-Türkman
SonrakıƏliqulu xan Dəvəli
Şəxsi məlumatlar
Vəfat tarixi 1667
Atası Bican bəy Saakadze
Dini islam
Rütbəsi general

Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu.

1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi.

  • Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 18, 21, 209. ISBN 978-1568591353.
  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. səh. 156. ISBN 978-1933823232.
  • Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 1–278.
  • Matthee, Rudi. GEORGIA vii. Georgians in the Safavid Administration // Encyclopaedia Iranica, Vol. X, Fasc. 5. 2001. 493–496.