Təbriz bəylərbəyliyi

Bu məqalə Təbriz bəylərbəyliyi haqqındadır. Digər mənalar üçün Təbriz (dəqiqləşdirmə) səhifəsinə baxın.


Təbriz bəylərbəyliyi və ya Azərbaycan bəylərbəyiliyi[1] — Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz şəhəri idi.

Əyalət
Təbriz bəylərbəyliyi
Bayraq
Bayraq
 
 
 — 1747

Paytaxt Təbriz
Ən böyük şəhər Təbriz
Ərdəbil
Rəsmi dilləri Azərbaycan türkcəsi

Səfəvilər dövründə xanədanlığın nəzarətində olan bütün ərazilər kimi Tarixi Azərbaycan ərazisi də inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycan (mərkəzi əsasən Təbriz, qısa bir müddət Ərdəbil (1590-1603) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (mərkəzi Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (mərkəzi İrəvan) bəylərbəyliyi.[2]

Nadir şah (1736-1747) hakimiyyətə gələndən sonra bəylərbəylik sistemi ləğv edilmiş, o öldürüldükdən (1747) sonra isə Təbriz bəylərbəyliyi ərazisində bir sıra müstəqil xanlıqlar (Təbriz, Cavad, Marağa, Urmiya, Xoy, Qaradağ, Sərab) yaranmışdı.

XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxursəəd, Qarabağ, Şirvan, Fars (İran) bəylərbəylikləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan Təbriz bəylərbəyliyinə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə, Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər daxil idi.[3]

Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zəngin və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 min nə fər) 5/1 hissəsi (təqr. 11-12 min) Təbriz bəylərbəyliyinin payına düşürdü.

Təbriz bəylərbəyliyinə ən nüfuzlu qızılbaş əmirləri (əsasən, təkəli və türkman tayfa başçıları) hakim təyin edilirdi.

1531-ci ilədək bəylərbəyi Üləma sultan Təkəli idi. Ondan sonra Təbriz bəylərbəyliyinə türkman əmirləri nəslinin idarəsinə keçdi. 1583/84 ildə şamlı və ustaclı əmirlərinin təkidi ilə türkman tayfa başçısı Əmir xan Türkman bəylərbəyilikdən kənar edildi. Bu, qızılbaşlar arasında qanlı toqquşmalara səbəb oldu. Əmir xana təkəlilər də yardım edirdi. Tayfalararası çəkişmələr Osmanlı imperatorluğu ilə müharibə aparan Səfəvilər dövlətinin vəziyyətini xeyli çətinləşdirdi;

XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olan Naxçıvan tüməni inzibati cəhətdən mərkəzi Təbriz şəhəri olan Azərbaycan bəylərbəyliyinə, XVI əsrin ikinci yarısında isə mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyinə daxil olmuşdur.[4]

1587-ci ildə Şah Məhəmməd Xudabəndə (1578–1587-ci illər) öldü və oğlu Abbas (1587–1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi.

İstanbul sülh müqaviləsindən dərhal sonra Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu.

1590-1605-ci illərdə Təbriz bəylərbəyliyinin ərazisi (Qaradağ, Ərdəbil və Talış vilayətləri istisna olmaqla) Osmanlıların tabeliyinə keçmişdi. I Şah Abbas dövründə (1587-1629) Təbriz bəylərbəyliyi Osmanlı qoşunlarından azad edildikdən sonra onun idarəsi yenidən türkmən əmiri Pirbudaq xana tapşırıldı.

1736-cı ildə bütün İran əhlinə məktub göndərib Muğan düzündə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında[5] Muğan (Suqovuşan) qurultayı böyük bir qurultay keçirir. Dünyanın bir çox yerindən qurultaya nümayəndələr dəvət edilir. 12 min çadır qurulur və qurultayda iştirak edən 100 min insana burada xidmət edilir. Qurultayda o özünü şah elan edir. Sonra o İranı dörd bəylərbəyliyinə bölür: Burada Azərbaycan bəylərbəyliyi, Fars bəylərbəyliyi, İraq bəylərbəyliyi və Şərqi Xorasan bəylərbəyliyi. Bunlardan ən böyüyü və güclüsü Azərbaycan bəylərbəyliyi olur və qardaşı İbrahim xanı bəylərbəyi təyin edir. Azərbaycan bəylərbəyliyinə Gürcüstan, Şimali Qafqaz, Dağıstan, Cənubi Azərbaycan və İranın xeyli hissəsi tabe idi.[6]

Nadirin bibisi oğlu Əmiraslan xan Azərbaycan bəylərbəyi olur.

Təbriz bəylərbəyiləri

[redaktə | mənbəni redaktə et]
Sıra Bəylərbəyi Hakimiyyət illəri
1
İlyas bəy oğlu Xınıslı
1501-1503
2
Hüseyn bəy Şamlı
1503-1509
3
Məhəmməd bəy Ustaclı
1509-1514
4
Durmuş xan Şamlı
1514-1514
5
Məntəşa sultan Ustaclı
1514-1524
6
Məhəmməd xan Təkəli
1524-1530
7
Musa sultan Mosullu-Türkman
1530-1531
8
Üləma sultan Təkəli
1531-1532
9
Musa sultan Mosullu-Türkman
1532-1534
10
Əmir Qayaib bəy Ustaclı
1559-1562
11
Qasıməli
1562-1573
12
Yusif bəy Ustaclı
1573-1573
13
Allahqulu bəy Əfşar
1573-1677
14
Əmir xan Mosullu-Türkman
1577-1584
15
Allahqulu bəy Fəth oğlu Ustaclı
1584-1585
16
Hüseynqulu xan Ustaclı
1586
17
Məhəmməd xan Ustaclı
1586-1589
18
Mehdiqulu xan Çavuşlu Ustaclı
1589-1591
19
Haqverdi sultan
1590-1593
20
Fərhad xan Qaramanlı
1593-1593
21
Lütfiyar xan Qaramanlı
1593-1605
22
I Pirbudaq xan Pörnək-Türkman
1612-1617
23
Şahbəndə xan Pörnək-Türkman
1616-1618
24
Qaraçaqay xan
1618-1620
25
Şahbəndə xan Pörnək-Türkman
1620-1625
26
II Pirbudaq xan Pörnək-Türkman
1625-1635
27
Rüstəm xan Pörnək-Türkman
1635-1643
28
II Pirbudaq xan Pörnək-Türkman
1643-1650 (mart)
29
Əliqulu xan (gürcü)
1650-1651
30
Əliqulu xan Dəvəli
1652-1654
31
Murtuzaqulu xan Qacar
1655-1664
32
Bican bəy (bəylərbəyi)
1666-1680
33
Hacı Əli xan
1680-1694
34
II Rüstəm xan Sipəhsalar
1694-1695
35
Anuşeh xan
1695-1696
36
Məhəmmədtalıb xan
1696-1697
37
Lütfəli bəy
1697-1702
38
Musa bəy
1702-1711
39
Məhəmmədzaman xan
1711-?
40
Mənsur xan Şahsevən Muğani
?-1715
41
Səfiqulu xan Ziyadoğlu-Qacar
1715-1718
42
Məhəmməd Əli xan
1719-1720
43
Mixri xan
1720-1721
44
Məhəmməd bəy Bəydilli-Şamlı
1721-?

Azərbaycan hakimləri

[redaktə | mənbəni redaktə et]
  1. İbrahim xan Əfşar (1736–1738)
  2. Əmiraslan xan Qırxlı-Avşar (1738–1747)
  1. Азәрбајҹан бәјләрбәјилији // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 134.
  2. "Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi". anl.az (az.). 14 yanvar 2017. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  3. "Səfəvilər zamaninda Qarabağ bəylərbəyiliyinin yaradilmasi və onun inzibati quruluşu". anl.az (az.). 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  4. Рахмани А.А. Азербайджан в конце ХVI и в. ХVII веке. Баку, 1981.
  5. Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Elm. 2012. səh. 336. ISBN 978-9952-453-43-0.
  6. "Arxivlənmiş surət". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.
  • Əfəndiyev O. Ə., Azərbaycan Səfəvilər dövləti, B., 1993;
  • Azərbaycan tarixi, 7 cilddə, c.3, B., 1999;
  • Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI – начале ХIХ вв., Л., 1949;
  • Рахмани А.А., Азербайдıан в конце ХVI и в ХVII веке, Б., 1981;
  • Историческая география Азербайджана, Б., 1987.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]