Əlirza Amanbəyli

Əlirza Məhəmməd Rəhim oğlu Amanbəyli (21 mart 1966, Təbriz9 noyabr 2019) — Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini, Cənubi Azərbaycan əsilli Azərbaycan ictimai xadimi.

Əlirza Amanbəyli
Oktyabr 2011 – 9 noyabr 2019
SədrFərəc Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1966(1966-03-21)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2019(2019-11-09) (53 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu 21 mart 1966-cı ildə İranın Təbriz şəhərində anadan olub, orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986–1988-ci ildə hərbi xidmətdə (İran-İraq) muharibəsində olub.

O, İranın Təhlükəsizlik Xidməti tərəfindən dəfələrlə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalıb. İran İnqilab Məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda ittihamları verərək ona qarşı ittihamlar irəli sürülüb, lakin həmin ittihamları sübut edən tutarlı faktlar olamdıqından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülki girov muqavilində müvəqqəti azadlıqa buraxılsada yenədə təqib və təziqlərə məruz qalığı üçün Azərbaycan Respublikasına qaçmışdır.

1993-cü il Bakı Musiqi Akademiyasının Muğam fakültəsinə daxil olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin laureatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdıqına görə Fəxri fərmana layiq görünüb.

Əlirza Amanbəylinin babası Hacı Məhəməd Rəhim Amanbəy Qafanda doğulub sonradan Zəngilana köçməyə məcbur olmuşdur. 1922-ci ildə Güney Azərbaycanın Üştibin vilayətinə köçüb.

Əlirza Amanbəyli 2007-ci ildə evlənmişdir, 2 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əlirza Amanbəyli 1989-cu ildən 1993-cü ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub orada gedən proseslərdə yaxından iştirak edib.

Qarabağ muharibəsi zamanı Güney Azərbaycandan Qarabağda yaralananlar üçün tibbi yardımlar və dərmanlar təşkil edərək döyüş bölgələrinə və Bakıdaki hərbi xəstəxanalara çatdırıb. Qrabağ döyüşlərində yaralanan 200 nəfərə yaxın əsgərlərin Təbriz və Tehran xəstəxanalarında Doktor Cavad Heyətin nəzarəti altında müalicələrini təşkil etmişdir. 1990–1991-ci illərdə Naxcıvan Rus və Erməni silahlıları tərəfindən hərbi və iqtisadi blakadaya alınan zaman təbrizdə Naxcıvana istilik sobaları və yanacaq yərdımları təşkil edərək qaçaq yola keçirmişdir.

Əlirza Amanbəyli 1983-cü ildən Güney Azərbaycan Qurtuluş Təşkilatı Mərkəzi Komitəsinin üzvü, Qanlı yanvardan sonra bakıda Fərəc Quliyevin təşəbüsü ilə yaradılmış Qisas Təşkilatının üzvü, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsinin Güney Azərbaycan üzrə kordinatoru, 1997-ci ildən Əbülfəz Elçibəy rəhbərliyində qurulan Bütöv Azərbaycan Birliyinin Rəyasət Heyətinin üzvü, 2002-ci ildən Güney Azərbaycan Milli Oyanış Hərəkatı Mərkəzi Komitəsinin üzvü və Quzey Azərbaycan bürosunun aparıcı üzvlərindən biri olmuşdur.

Əlirza Amanbəyli 2006-cı ildən 2011-cilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresi Mətbuat Xidmətinin və www.dak.az saytının rəhbəri olmuşdur.

Əlirza Amanbəyli 2011-ci oktyabr ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri, www.davam.az xəbər portalının kordinatoru vəzifəsində çalışmışdır.