Milli Dirçəliş Hərəkatı Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda rəsmi dövlət qeydiyyatında olaraq aktiv fəaliyyət göstərən milliyyətçi, sağ mərkəzçi müxalif siyasi partiya. Qurucusu və hazırkı sədri istiqlalçı deputat Fərəc Quliyevdir.

Milli Dirçəliş Hərəkatı Partiyası

MDHP
Loqonun şəkli
Sədri Fərəc Quliyev
Qurucu Fərəc Quliyev
Quruluş tarixi 17 noyabr 2002
Qeydiyyat tarixi 31 may 2011
Birləşən Demokratik Sol Partiya [a] (2015)
Baş qərargah Bakı, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 177
İdeologiya Millətçilik
Bütöv Azərbaycan
Türk-islam sintezi
İdeoloji spektr Sağ mərkəzçi
Üzv sayı 6000-dən çox [1] (2023)
Şüar Biz gələcəyik!
Millətləşmək, bütövləşmək, dövlətləşmək!
Rəngləri          Qırmızı-ağ
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı mdhp.az

Milli Dirçəliş Hərəkatı Partiyası rəsmi qeydiyyata alındığı gündən bəri bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IVV çağırışlarında 1 deputatla — Fərəc Quliyev ilə təmsil olunmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin 88%-i kişi, 12%-i isə qadın olmuşdur.[2]

Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır.[3][4] 2017-ci il mayın 14-də Partiyanın ikinci qurultayı keçirilib və Fərəc Quliyev yenidən sədr seçilib.[5]

2008-ci ildən Partiyanın "Elçibəy məktəbi" fəaliyyət göstərir və gənclərlə ictimai-siyasi şəxslərin görüşləri təşkil edilir.[6][7][8]

MDHP Gənclər Təşkilatının dəstəyi ilə Bakının düşmən işğalından qurtuluşu günü münasibətilə şəhidlər xiyabanına "Türk yürüşü" adlı tədbir keçirilmişdir.[9]

2020-ci ildə Partiyanın 20 illik yubileyi keçirilmişdir.[10]

Milli Dirçəliş Hərəkatı Partiyası Milli Məclisdə təmsil olunduğu 2011–2019-cu illər ərzində Dövlət tərəfindən maliyyələşdirilən partiyalardan olmuşdur.[11][12]

Milli Dirçəliş Hərəkatı Partiyası 2015-ci ildə başladılmış iqtidar-müxalifət dialoquna qatılmış və öz təkliflərini irəli sürmüşdür.[13]

Partiya 2020-ci ildə başladılmış iqtidar-müxalifət dialoquna da qatılmış, partiya sədri bir neçə dəfə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə görüşmüşdür.[14][15]

MDHP İkinci Qarabağ müharibəsi dönəmində və sonrasında siyasi partiyaların iqtidara dəstək, dünya ictimaiyyətinə müraciət, lokal antiterror əməliyyatlarına dəstək və s. kimi ortaq qərarlarına imza atmışdır.[16][17]

"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra siyasi partiyalar üçün siyasi partiyaların yenidən dövlət qeydiyyatına alınması prosesi başladıldı. Bu proses çərçivəsində Milli Dirçəliş Hərəkatı Partiyası siyahısını Ədliyyə Nazirliyinə təqdim etdi, lakin avqust ayında siyahıya bəzi düzəlişlər edilməsi səbəbi ilə nazirlikdən rədd cavabı gəlmiş və partiyaya 1 ay müddət verilmişdir.[18] Milli Dirçəliş Hərəkatı Partiyası üzv reyestrini nəzərdən keçirərək yenidən nazirliyə göndərmiş və partiya 5 sentyabr 2023-cü ildə yenidən dövlət qeydiyyatına alınmışdır.[19][20]

Azərbaycan Sosial Demokrat Partiyasından ayrılmış Azərbaycan Demokratik Sol Partiyası 2015-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyasına birləşmişdir.[21] 2015-ci ildə ölkədə keçirilən parlament seçkilərində həmin partiyanın sədri Elşən Manafovun namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 10 saylı Binəqədi 3-cü seçki dairəsindən irəli sürülmüş və daha sonra E. Manafov MDHP sədrinin müavini vəzifəsini tutmuşdur.[22][23]

Partiyanın 2012-ci ildən etibarən fəaliyyət göstərən və bütün fəaliyyətinin işıqlandırıldığı rəsmi veb səhifəsi (www.mdhp.az) mövcuddur.[24]

MDHP "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisə təkliflər paketi göndərən partiyalardan biri olmuşdur.[25][26]

7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkiləri ilə bağlı Milli Dirçəliş Hərəlatı Partiyası bəyanat vermişdir. Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunmuşdur. Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirmiş və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilmişdir. MDHP qələbə münasibətilə İlham Əliyevi təbrik etmişdir.[27]

Milli Dirçəliş Hərəkatı Partiyasının Nizamnamə, Məramnamə və strukturuna aid 12 Əsasnaməsi partiyanın rəsmi səhifəsində ictimaiyyətə təqdim edilmişdir.[28]

  • MDHP sədri
  • MDHP Ali Məclisi
  • Mərkəzi Sədr Aparatı
  • Nizamnamə Komissiyası
  • MDHP rayon (şəhər) şöbələri

Departamentləri

[redaktə | mənbəni redaktə et]
  1. Güney Azərbaycan Departamenti,
  2. Qərbi Azərbaycan Departamenti,
  3. Borçalı Departamenti,
  4. Dərbənd Departamenti,
  5. Qarabağ Departamenti,
  6. Bakı və Abşeron kəndləri Departamenti,
  7. Diaspora Departamenti,
  8. Türk Dünyası Departamenti[29][30][31]

Qadın Qolları

[redaktə | mənbəni redaktə et]

Milli Dirçəliş Hərəkatı Partiyasının Qadın qolları mövcuddur. Bu təşkilata hazırda MDHP sədrinin köməkçi müşaviri Leyla Cahangirova rəhbərlik edir.[32]

Gənclik Qolları

[redaktə | mənbəni redaktə et]

Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclik qolları mövcuddur. MDHP Gənclik qollarının sədri Nikbin Quliyevdir.[33]

Milli Dirçəliş Hərəkatı Partiyası 2010-cu ildən bəri Azərbaycan Respublikasında keçirilmiş bütün seçkilərdə öz nəmizədləri ilə iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla təmsil olunmuşdur.[34][35][36][37][38]

Partiya 2013 və 2018-ci il prezident seçkilərində sədr Fərəc Quliyevin namizədliyini irəli sürmüşdür.[39][40][41]

Parlament seçkilərində

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Nəticə
Səs % Mandat
2015

Fərəc Quliyev
12 043 0.42
1 / 125
2020
0 / 125
2024
Seçki Sədr Nəticə
Səs % Mandat
2015

Fərəc Quliyev
0 / 45
2020 İştirak etmədi.

Bələdiyyə seçkilərində

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Nəticə
Səs % Yer
2014 Fərəc Quliyev
1 / 15.035
[b]
2019[42]
1 / 15.156
[b]

Maddi-texniki baza

[redaktə | mənbəni redaktə et]

Partiya qərargah ilə təmin olunmamışdır. Baş qərargah kirayə götürülmüş aşağıdakı ünvanda yerləşir: Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 177.[43]

Sıra
Vəzifə
Vəzifəli
1.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
2.
Milli Dirçəliş Hərəkatı Partiyası Ali Məclisinin sədri Tahir Seyidov
3.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Həbib Ələkbərsoy
4.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Şakir Ağayev
5.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Elşən Manafov
6.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Əli Rzayev
  1. Rəsmi dövlət qeydiyyatında olmayan partiya.
  2. 1 2 Qaraçuxur bələdiyyəsi üzvü
  1. "Fərəc Quliyevin partiyası ilə bağlı qərar verildi". musavat.com. İstifadə tarixi: 2024-08-18.
  2. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  3. "Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat, red". 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  4. "simsar.az, Fərəc Quliyevin partiyası qeydiyyata alındı, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  5. "mia.az, Milli Dirçəliş Hərəkatı Partiyası Qurultay keçirdi, red". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  6. "modern.az, "Elçibəy məktəbi" istiqlalçı deputatla görüş təşkil edir, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  7. "Milli Dirçəliş Hərəkatı Partiyasında müstəqilliyin 20 ili qeyd edilib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  8. "MDHP-də "Elçibəy məktəbi" , red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  9. "525.az, "Türk yürüşü" keçiriləcək, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  10. "cebheinfo.az, Milli Dirçəliş Hərəkatı Partiyasının yubiley tədbiri keçirilib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  11. "yeniazerbaycan.com, Siyasi partiyalar maliyyə hesabatı verirmi?, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  12. "yenicag.az, Parlament partiyalarının sevinci: Dövlət dəstəyi, yoxsa devalvasiyadan sığorta?, red". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  13. "hafta.az, "İqtidarla müxalifət arasında görüş bu formatda olacaq, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  14. "avrasiya.net, Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşdü, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  15. "unikal.az, Ədalət Vəliyev Fərəc Quliyevlə görüşdü, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  16. "apa.az, Azərbaycandakı siyasi partiyalar lokal antiterror tədbirlərinə dəstək bəyanatı yayıb, red". 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  17. "azertag.az, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar, red". 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  18. "ednews.net, Azərbaycanda 17 siyasi partiya qeydiyyata alınmayıb SİYAHI, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  19. "konkret.az, Daha bir partiya qeydiyyata ALINDI, red".
  20. "amerikaninsesi.org, Ədliyyə Nazirliyi daha 2 siyasi partiyanı dövlət qeydiyyatına alıb, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  21. "sesqazeti.az, Müsahibimiz Demokratik Sol Partiyasının sədri Elşən Manafovdur, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  22. "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  23. "sia.az, "Müxalifətin gözlədiyi sosial aksiyalar baş verməyəcək", red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  24. "MDHP-nin rəsmi veb səhifəsi, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  25. "Daha 10 partiya Milli Məclisə təkliflər göndərib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  26. ""Siyasi partiyalar haqqında yeni qanun və seçki sistemi ilə bağlı təkliflərimizi təqdim etmişik" – Partiya sədri, red". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  27. "president.az, Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI, red".
  28. "Nizamnamə, Məramnamə və Əsasnamələr, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  29. "qafqazinfo.az, MDHP Qərbi Azərbaycan Departamenti erməni yalanları və uydurma "erməni soyqırımı"-na etiraz olaraq dəyirmi masa təşkil edib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  30. ""MDHP-nin Departamentləri"". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  31. "moderator.az, MDHP Qarabağ Departamenti bəyanat qəbul edib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  32. "MDHP sədrinin köməkçi müşaviri, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  33. "ovqat.com, MDHP Gənclər Təşkilatının sədri Nikbin Quliyev tədbirdə ətraflı çıxış edib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  34. "yenisabah.az, MDHP-nin namizədləri, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  35. "musavat.com, Milli Dirçəliş Hərəkatı Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat verdi, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  36. "modern.az, Milli Dirçəliş Hərəkatı Partiyası millət vəkilliyinə namizədlərini açıqladı, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  37. "Milli Dirçəliş Hərəkatı Partiyası seçkilərdə, red". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  38. "reyting.az, Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 11-ə çatıb, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  39. "Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı, red" (PDF).
  40. "bbc.com, Prezident seçkiləri: daha 7 namizəd qeydiyyatdan keçirilib, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  41. "apa.tv, Daha dörd nəfərin namizədliyi qeydə alındı, red". 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  42. "Fərəc Quliyev bildirdi ki, rəhbərlik etdiyi partiya bələdiyyə seçkilərində 263 namizədlə aktiv iştirak edib". musavat.com. Archived from the original on 2023-12-08. İstifadə tarixi: 2023-10-06.
  43. "pravda.az, Azərbaycanda siyasi partiyalara ofis verildi, red". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]