Əlirza Baxşəli oğlu Bayramzadə (18 mart 1911, Bakı – 1 avqust 1963, Bakı) — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi.
Əlirza Bayramzadə | |
---|---|
23 oktyabr 1962 – 1 avqust 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 1963 (52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | energetika |
|
|
Təltifləri |
|
Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib.
Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir.
1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1963-cü ildə professor elmi adı almışdır. Bu illərdə o ixtiraçı və təkmilləşdirici, respublikanın əməkdar mühəndisi kimi fəxri adlara layiq görülmüşdür Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləmişdir.[1]
Əlirza Bayramzadə 1962-ci ildə Azərbaycan SSR naziri təyin edilmişdir. Ölümünədək bu vəzifədə işləmişdir.
1950-ci illərin sonunda Əməkdar mühəndis adını almışdır. Lenin ordeni və 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.
Qırmızı Ulduz istilik mərkəzinə adı verilmiş və heykəli qoyulmuşdur.