Əlirza Seidov

Əlirza Seidov (15 yanvar 19321978[1][2]) — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. "Samur melodiyaları" (1959), "Parlaq ulduzum" (1964), "Gümüş tellər" (1973), "On ikinci kitab" (1975), "Qızıl vadi" (1979) və s. şeirlər toplusunu yazmışdır[3].

Əlirza Seidov
Doğum tarixi 15 yanvar 1932(1932-01-15)
Vəfat tarixi 1978[1][2]
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1959-cu ildən

Əlirza Uzairoviç Səidov 1932-ci il yanvarın 15 -də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Axtı rayonunun Qdınk kəndində anadan olmuşdur. 1959-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əlirza Uzairoviç Saidov "Znamya Sosializm" qəzetinin ədəbi işçisi, "Dağıstan qadını" jurnalının məsul katibi və respublika "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1970-ci ildən şeir məsləhətçisi və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. 1959-cu ildə Əlirza Səidovun şeirləri ilk dəfə "Znamya Sosializm" qəzetinin səhifələrində çap olunur. Elə həmin il "Molodaya Qvardiya" nəşriyyatı rus dilinə tərcümə edilmiş "Səninlə, Samur", Dağıstan kitab nəşriyyatı isə "Samur melodiyaları" şeirlər toplusunu ləzgi dilində ilk şeirlər toplusunu nəşr ediri.

Səidovun şeirləri tez-tez mərkəzi və respublika mətbuatının səhifələrində dərc edilir. Bunların arasında "Sovetski Dağıstan", "Dağıstan qadını", "Drujba Narodov", "Yunost", "Smena", "Oktyabr" və digər jurnallarda "Literaturnaya qazeta", həftəlik "Literaturnaya Rossiya" vardır.

Səidovun bir çox şeirləri Şimali Qafqaz xalqlarının, qonşu ölkələrin dillərinə, eləcə də dünyanın ingilis, polyak, bolqar və digər dillərinə tərcümə edilmişdir.

Əlirza Səidov Aleksandr Puşkin, Mixail Lermontov, Maksim Qorki, Taras Şevçenko, Vladimir Mayakovski, Sergey Yesenin, Aleksandr Tvardovski, Rəsul Həmzətov, Korney Çukovski və digər şairlərin əsərlərini ləzgi dilinə tərcümə etmişdir.

Dağıstan bəstəkarları Səidovun şeirlərinə musiqi bəstələmiş və bir çoxları məşhur ləzgi mahnıları olmuşdur.

1977-ci ildə Əlirza Uzairoviç Səidov Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Süleyman Stalski adına Respublika Mükafatının laureatı olur ("Canlı işıqlar" şeirlər kitabına görə). O, Dağıstan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə də təltif edilmişdir.

  1. 1 2 Alirza Saidov // Faceted Application of Subject Terminology.
  2. 1 2 Alirza Uzairovič Saidov // NUKAT. 2002.
  3. САИДОВ Алирза Узаирович Arxivləşdirilib 2013-06-17 at the Wayback Machine. Persons-Info.com