« Əlliüçüncü ilin soyuq yayı» (rus. Холодное лето пятьдесят третьего...) — rejissor Aleksandr Proşkinin 1987-ci ildə çəkdiyi film.
Əlliüçüncü ilin soyuq yayı | |
---|---|
rus. Холодное лето пятьдесят третьего... | |
Janr |
döyüş dram |
Rejissor | Aleksandr Proşkin |
Ssenari müəllifi | Eqdar Dubrovski |
Baş rollarda |
Valeri Priyomıxov Anatoli Papanov |
Operator | Boris Brojovski |
Bəstəkar | Vladimir Martınov |
İstehsalçılar |
"Mosfilm" kinostudiyası «Janr» yaradıcılıq birliyi |
İlk baxış tarixi | 1987 |
Müddət | 97 dəqiqə |
Ölkələr | SSRİ |
Dil | rus dili |
İl | 1987 |
Rəng | rəngli |
IMDb | ID0095441 |
Filmdəki hadisələr 1953-cü ildə, Lavrenti Beriyanın tezliklə həbs olunmasından sonra baş verir. Filmin baş qəhrəmanları «Luzqa» adlandırılan Sergey Basargin (Valeri Priyomıxov) və «Kopalıç» adlandırılan Nikolay Straboqatovdur (Anatoli Papanov). Luzqa müharibə illərində kəşfiyyat polkunun kapitanı olmuş, alman mühasirəsinə düşmüş, lakin oradan qaçdıqdan sonra ona "vətən xaini" adı verilmişdir. Keçmiş baş mühəndis Kopalıça isə "ingilis casusu" damğası vurulmuşdur. Bir gün 6 nəfər həbsxanadan qaçmış quldur onların kəndinə soxulur. Onların yaşadığı kəndin Mankov adlı bir polisin PPŞ avtomatı olsa da, o, quldurlar tərəfindən öldürülür. Həmin quldurların öhdəsindən isə "vətən xaini" Luzqa gəlir...