PPŞ-41 — 1940-cı ildə konstruktor Georgi Şpaqin tərəfindən ixtira edilmiş və 21 dekabr 1941-ci ildə Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş SSRİ pistolet-pulemyotu. İstehsalı son dərəcə asan olan bu avtomatdan gündə 3 min ədəd istehsal edilib. PPŞ-41-in istehsalı eyni zamanda Bakı da daxil olmaqla bir sıra SSRİ şəhərlərində həyata keçirilib.[1]
PPŞ-41 | |
---|---|
Tipi | Avtomatik silah |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri |
1941–1960 (SSRİ) 1941–h.h (digər ölkələr) |
İstismara başlanması | 1941 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Georgi Şpagin |
Konstruksiya tarixi | 1941 |
İstehsal illəri | 1941—1947 |
İstehsal sayı | 6 000 000 |
Xüsusiyyətləri | |
Ağırlığı | 3.63 kq |
Uzunluğu | 843 |
Ekipaj | 7,62 |
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci ildə istehsal xərcləri daha yüksək olan PPD-40-ın əvəzinə istehsal edilməyə başlanmışdır. PPŞ-41 İkinci dünya müharibəsinin ən məşhur silahı idi. Müharibə illəri ərzində bu silahdan 5–6 milyon ədəd buraxıldığı zənn edilir. Müharibədən sonrakı illərdə, silah Çində kopyalanmış və Koreya yarımadasındakı müharibə zamanı Çin quru qoşunlarının əsas döyüş silahı olmuşdur. 1980-ci illərdə isə silahdan Livan və Afrikada geniş istifadə edilmişdir. Zəif qaytarma gücünə və 150 metrə qədər dəqiq nişangah məsafəsinə malik olan PPŞ-41, istismar zamanı yüksək etibarlılığı ilə fərqlənir. Silahın lüləsini korroziyadan qorumaq üçün xüsusi xrom örtüyündən istifadə edilmişdir. PPŞ-41 silahı iki tipdə: standart 35 gülləli daraq və 71 gülləli xəzinə ilə buraxılırdı.
Ad: PPŞ-41 (Пистолет-Пулемет конструкции Шпагина)
Tip: Avtomat
Patron, mm: 7.62x25
Patronlarsız çəkisi, kq: 3.64
Ölçülər, mm: uzunluq — 838, lülənin uzunluğu — 266
Güllənin başlanğıc sürəti, m/san: 488
Nişangah məsafəsi, m: 150
Atəş tezliyi, atəş/dəq: 900
Xəzinə tutumu, patron: 35 və ya 71
İstifadə: Anqola, Efiopiya, Livan, Somali partizan qruplaşmaları
İstehsalçı ölkə: SSRİ