"Mosfilm" kinostudiyası

Mosfilm (rus. Мосфильм) — müasir videotexnoloji avadanlıqla təchiz edilmiş, kino istehsalının bütün mərhələlərinin həyata keçirilməsinə imkan verən Rusiya kino sənayesində ən böyük aparıcı müəssisə, Avropanın ən böyük kinostudiyalarından biri[1][2].

"Mosfilm" kinostudiyası
"Mosfilm"in loqotipi
"Mosfilm"in loqotipi
Ümumi məlumatlar
Tipi kinokonsern
Sənaye kinematoqrafiya
Məhsulları kinofilm
reklam
videoklip
teleserial
Təsis tarixi 30 yanvar 1924[1][2][3][4]
Baş qərargahın yeri Rusiya Rusiya, Moskva, Mosfilmovskaya küçəsi ev 1.
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 3.541.579.000 ₽ (2017)[5]
Ümumi aktivlər
  • 3.689.395.000 ₽ (2017)[5]
Ümumi gəliri
  • 1.174.984.000 ₽ (2017)[5]
Xalis mənfəəti
  • 117.083.000 ₽ (2019)[6]
Əməliyyat mənfəəti
  • 110.415.000 ₽ (2017)[5]
Struktur
İşçi sayı
  • 1.020 nəf. (2002)[7]
mosfilm.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Mosfilm" dünyanın ən böyük kino şirkətlərindən biridir. 1923-cü ilin noyabrında Aleksandr Hanjonkov və İosif Yermoliyevin 2 milliləşdirilmiş kino fabrikinin bazasında yaradılmışdır.[1][2][3][4]. Əvvəlcə kinostudiya "Moskinokombinat" adlandırılmışdı. Hazırkı adını isə 1935-ci ildən etibarən daşıyır.

"Mosfilm" kinostudiyasının loqosu heykəltaraş Vera Muxinanın "Fəhlə və kolxozçu" əsəri idi. Bu loqo ilk dəfə olaraq rejissor Qriqori Aleksandrovun "Bahar" filmində ekranda görünmüşdü.

SSRİ zamanı "Mosfilm" kinostudiyasında 2500-dən artıq ekran əsəri çəkilmişdir. Onların bir neçəsi müxtəlif kinofestivallardan mükafatlarla qayıtmış və ya dünya kinosunun qızıl fonduna daxil edilmişdir.

Hazırda "Mosfilm" öz film istehsalını davam etdirir. Studiya ən müasir rəqəmsal avadanlıqla təmin edilmişdir. Bununla yanaşı studiyada dublyaj işləri də aparılır. Səsyazma studiyası 2006-cı ildə dünyada ilk dəfə olaraq, "Dolby Laboratories" şirkətindən Dolby Premier Studio keyfiyyət sertifikatı almışdır[8].

  1. 12 stul (film, 1971)
  2. Araq çəkənlər (film, 1961)
  3. Avtomobildən qorun (film, 1966)
  4. Babək (film, 1979) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə)
  5. Brilyant əl (film, 1968)
  6. Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992) ("Treydinq Korp" ilə birlikdə)
  7. Durnalar uçur (film, 1957)
  8. Əlliüçüncü ilin soyuq yayı (film, 1987) ("Janr" yaradıcılıq birliyi ilə birlikdə)
  9. Əsgər haqqında ballada (film, 1959)
  10. Həyat üçün təhlükəlidir! (film, 1985)
  11. "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
  12. İdman lotosu-82 (film, 1982)
  13. İki kapitan (film, 1976)
  14. İki nəfərlik vağzal (film, 1982)
  15. İşdə məhəbbət macərası (film, 1977)
  16. İşgüzar adamlar (film, 1962)
  17. İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
  18. İyirmialtılar (film, 1966) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə)
  19. İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973) (Dino de Laurentiis Cinematografica ilə birlikdə)
  20. Göndərilməmiş məktub (film, 1959)
  21. Kapitan Qrantın uşaqları (film, 1936)
  22. Karnaval gecəsi (film, 1956)
  23. Köpək Barbos və qeyri-adi qaçış (film, 1961)
  24. Qaraj (film, 1979)
  25. Qırmızı çadır (film, 1969) (Paramount Pictures ilə birlikdə)
  26. Mən Kubayam (film, 1964) ("İKAİK"lə birlikdə)
  27. Mimino (film, 1977)
  28. Babək (film, 1979) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə)
  29. Nizami (film, 1982) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə)
  30. Otello (film, 1955)
  31. Öncəgörmə (film, 1993) ("Slovo" kinostudiyası, "Film par Film" və "Orli Film"lə birlikdə)
  32. Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
  33. Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
  34. Məhəbbətim mənim, kədərim mənim (film, 1978) ("Tuğra-film"lə birlikdə)
  35. Peterburqdan anonim adam (film, 1977)
  36. Təzə evlənənlər üçün çətir (film, 1986)
  37. Ulduz (film, 2002)
  38. Ulduzlar sönmür (film, 1971) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə)
  1. 1 2 3 Год «Мосфильма». 30 января 1924 года – день рождения киноконцерна «Мосфильм», 90-летний юбилей. Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine // mosfilm.ru
  2. 1 2 3 Киностудия «Мосфильм» отмечает 90-й день рождения. Arxivləşdirilib 2014-04-25 at the Wayback Machine "İTAR-TASS" // itar-tass.com (30 января 2014 года)
  3. 1 2 ВИДЕО. Новости. «Мосфильм» отмечает 90-летний юбилей. Гендиректор концерна Карен Шахназаров рассказал ОТР об истории киностудии, сегодняшних проблемах и планах на будущее. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine «Общественное телевидение России» // otr-online.ru (30 января 2014 года)
  4. 1 2 ВИДЕО. Новости культуры. Легендарной киностудии «Мосфильм» – 90! Arxivləşdirilib 2016-12-24 at the Wayback Machine Телеканал «Культура» // tvkultura.ru (30 января 2014 года)
  5. 1 2 3 4 Бухгалтерская отчётность.
  6. Каталог организаций — List-Org.
  7. https://www.list-org.com/company/6229.
  8. "О концерне". 2014-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-25.