Cəfərov Əlvida Məhərrəm oğlu (17 fevral 1947, Cəbrayıl rayonu) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Əlvida Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Akademik Milli Dram Teatrındakı rolları:
- Şöhrət və ya unudulan adam (N.Hikmət) — idmançı
- Kəllə (N.Hikmət) — gözətçi
- İnsan (Səməd Vurğun) — alman zabiti
- Knyaz (Hüseyn Cavid) — xəfiyyə
- Əmir Teymur (Hüseyn Cavid) — Nazimağa
- Əks səda (Nəbi Xəzri) — fəhlə
- Torpağa sancılan qılınc (Nəbi Xəzri) — Odoğlu
- Adamın adamı (Anar) — iştirakçı
- Əliqulu evlənir (Sabit Rəhman) — Kamal və qarmon çalan
- Atabəylər (N.Həsənzadə) — Aydoğdu
- Qətibə İnanc (Məmməd Səid Ordubadi) — saray əyanı
- Xurşidbanu Natəvan (İlyas Əfəndiyev) — Şahmar
- Mahnı dağlarda qaldı (İlyas Əfəndiyev) — gözətçi
- Bizim qəribə taleyimiz (İlyas Əfəndiyev) — Cümü
- Ölülər (Cəlil Məmmədquluzadə) — Hacı Kərim, Cəlal və şikayətçi
- Hərənin öz payı (X.Qoca) — müxalifətçi
- Sokratı anma gecəsi (Çingiz Aytmatov və Muxtar Şaxanov) — Bekan
- Kral Lir (Vilyam Şekspir) — zadəgan
- Xanuma (A.Saqareli) — polis
- Eşq və intiqam (Süleyman Sani Axundov) — Cəbi
- Dirilən adam (M.Cəlal) — İsmayıl
- Eloğlu (A.Şaiq) — Qəhrəman
- Müfəttiş (Nikolay Qoqol) — Osip
- Bir anın həqiqəti (film, 2003)
- Sarıköynəklə Valehin nağılı (film, 1980)
- Son arzu (film, 2003)
- Təlatüm (film, 2006)
- Ürək yaman şeydir... (film, 1992)
- Sirr (serial, 2012)
- Sübhün səfiri (film, 2012)
- Tək olanda qorxma... (teleserial, 2013)