Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Əməköməci | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Əməköməci |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur.
Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaqlı yerlərdə, kolluqların arasında, işıqlı meşədə, bağ və bostanlarda bitir.