Dövlət Məşğulluq Agentliyi (Azərbaycan)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir.

Dövlət Məşğulluq Agentliyi
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1 avqust 1991
Əvvəlki qurum Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
Tabelik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Ünvan Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85, Azərbaycan, XIII-XIV mərtəbələr

Rəsmi saytı dma.gov.az

Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir.

Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir.  

Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər.

Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinəbank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC və “Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan “Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq dəyəri olub.

2019-cu ilin avqustunda da Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “Aqri Kon” MMC olub. Dövlət Məşğulluq Xidməti və “Aqri Kon” MMC arasında artıq müqavilə bağlanıb. Müqaviləyə əsasən, DMX “Aqri Kon” MMC-nin hesabına 27 milyon 698 min 780 manat köçürəcək.[1]

7 may 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “Aqri Kon” və “Agro Best” QSC konsorsiumudur. Qalib konsorsiuma 40,4 milyon manat ödəniləcək. Şirkətlərdən birinin - “Aqri Kon”nun 1,045 milyon manat vergi borcu var.[2]

23 avqust 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tenderin qalibini elan edib. Yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Global Legal" MMC olmuşdur. DMA qalibə 920 min manat ödəyəcək.[3]

Dövlət Məşğulluq Agentliyi 2021-ci ildə 100 milyon manata yaxın zərər edib.[4]

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tabeliyində Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi, eləcə də məşğulluğunu təmin etmək məqsədilə müxtəlif tədbirləri həyata keçirən icra orqanıdır.

Agentlik Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

Agentlik işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplayır və bu məlumatdan istifadə edərək işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Agentliyin fəaliyyəti  Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə tənzimlənir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsi, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamları və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi haqqında əsasnamə Agentliyin fəaliyyətini, strateji hədəflərini və xidmət prosesini formalaşdırır.

DMA-nın loqosu

1991-ci il fevral ayında Azərbaycan Sovet Sosialist Respublikasnın Azərbaycan Respublikası adlandırılmasından sonra bir sıra yeni dövlət idarələrinin yenidən qurulması ilə yanaşı, 1 avqust 1991-ci il tarixindən Dövlət Məşğulluq xidməti də fəaliyyətə başladı. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına əsasən)  Yeni yaradılmış Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti  Azərbaycan Respublikası Ali Sovetinin 27 iyun 1991-ci il tarixli 147-XII nömrəli Qərarı ilə "Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi.  Həmin Qanun 1 oktyabr 1991-ci il tarixdən qüvvəyə minmişdir.  Əmək və məşğulluğa dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər Beynəlxalq Təşkilatların normativ sənədlərinə uyğun olaraq 2001-ci ilin iyul ayında "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu yenilənmişdir.

Əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlərin maliyyələşdirməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin tərkibində respublika səviyyəsində Dövlət Məşğulluğa Kömək Fondu (Məşğulluq fondu, hazırda İşsizlikdən Sığorta Fondu) yaradıldı.

1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı ilə bağlı hüquqi əsaslar təsbit olunmuşdur. Belə ki, Konstitusiyanın ayrı-ayrı müddəalarında vətəndaşların tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və s. kimi mühüm hüquqlarının geniş əks olunmuşdur.

16 fevral 2011-ci ildə ARƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ARƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradılıb.

30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb.

13 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib.

30 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi" təsdiq edilib.

Agentliyin strukturu

[redaktə | mənbəni redaktə et]

Mərkəzi aparat

[redaktə | mənbəni redaktə et]

Agentlik 2020-ci il 30 iyun tarixindən etibarən fəaliyyətini yeni korporativ strukturu üzrə davam etdirməkdədir. Lakin bu tarixə qədər Agentliyin aparatının əvvəlki strukturu 4 (dörd) ali rəhbər heyətindən - 1 nəfər rəis və 3 nəfər rəis müavinindən, 6 şöbə və hər bir şöbənin tərkibində 2 sektor olmaqla 12 sektor və bu 12 sektorla birlikdə 56 nəfər tam işçi heyətindən ibarət olmuşdur.

Burada digər vəzifələr şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi olaraq təsnif olunurdu. Agentliyin aparatı daha əvvəl Hüquq və daxili nəzarət, Maliyyə və mühasibatlıq, Peşə hazırlığı və sosial tərəfdaşlarla iş, Kadrlar və sənədlərlə iş, Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş və Özünüməşğulluğun və işədüzəltmə tədbirlərinin təşkilinə kömək şöbələrindən, Hüquq, Daxili nəzarət, Maliyyə, Mühasibatlıq, Peşə hazırlığı və peşəyönümü məsləhətlərinin təşkili, Sosial tərəfdaşlarla iş, Kadrlarla iş, Maliyyə, Əmək bazarının təhlili və statistika, Yerli orqanlarla iş, Özünüməşğulluğun təşkili və İşədüzəltmə tədbirləri və işsizlikdən sığorta ödənişi məsələləri sektorlarından ibarət olmuşdur.

Mərkəzi filiallar

[redaktə | mənbəni redaktə et]

·   Mərkəzi Karyera filialı

·  Mərkəzi Mühasibatlıq və Təyinat filialı

·  Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı

Tabeli qurumlar:

[redaktə | mənbəni redaktə et]

·   Bakı PHM

·  Gəncə PHM

·  Göyçay PHM

·  Qarabağ PHM

Layihələri və xidmətləri

[redaktə | mənbəni redaktə et]

Layihələr

Agentlik tərəfindən bir sıra layihələr həyata keçirilir.

Rəqəmsal layihələr

Agentlik ölkədə işsizlik probleminin həlli, qeyri-formal məşğulluqla mübarizə və s. kimi məsələlərlə yanaşı bir sıra rəqəmsal layihələri həyata keçirir. Bu layihələr arasında “Əmək və məşğulluq” altsistemi (ƏMAS), “Məşğul şəxslərin reyestri”, məşğulluq xəritəsi,  BACAR virtual təlim platforması, elektron əmək birjası, ictimai işlər portalı, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi və s. rəqəmsal layihələr yer alır.[mənbə göstərin]

ƏMAS - ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması.

Məşğul şəxslərin reyestrində - qanunvericilikdə məşğul hesab edilən şəxslərin məlumatları ilə yanaşı, digər gəlirli şəxslərin məlumatları, o cümlədən şəxslərin xərclərinin (kommunal, kredit və s.) strukturu öz əksini tapacaqdır.[mənbə göstərin]

Məşğulluq xəritəsi - iqtisadi zonalar, inzibati ərazi vahidləri (şəhər, rayon, qəsəbə, kənd) və məşğulluq mərkəzləri üzrə  əsas məşğulluq, əmək münasibətləri və demoqrafik göstəriciləri, əmək resursları və əmək və kadr ehtiyatı balansları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti barədə məlumatlar, peşələrin atlası və bu qəbildən digər informasiyalar toplanacaq.[mənbə göstərin]

Sosial layihələr

[redaktə | mənbəni redaktə et]

Agentlik tərəfindən həyata keçirilən sosial layihələr əsasən, şəxslərin peşə hazırlığı, özünüməşğulluq və s. bu kimi istiqamətlərdə həyata keçirilir. Layihələr arasında “Sosial Bağlar”, “ProGro”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” və s. hesab olunur.[mənbə göstərin]

Məşğulluq marafonu
[redaktə | mənbəni redaktə et]

Məşğulluq marafonu - Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təmin olunması məqsədi daşıyır. Layihəyə həm işəgötürənlər, həm də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər qoşula bilər. 2021-ci ildə 602 işəgötürən tərəfindən layihə üzrə 3897 vakansiya verilmiş və həmin vakansiya üzrə 1418 nəfər işlə təmin edilmişdir.[mənbə göstərin]

2021-ci ildən etibarən Agentliyin fəaliyyət istiqamətləri üzrə müxtəlif ideyaların vətəndaşlar tərəfindən təklif olunması üçün “İdeya qutusu” layihəsi başladılmışdır.  İdeyalar üç istiqamətdə qəbul edilir:[mənbə göstərin]

1.    Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlər və ya mövcud xidmətlərin təkmilləşdirilməsi;

2.    Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi;

3.    Özünüməşğulluq zərflərinin təkmilləşdirilməsi. Xidmətlər

Xidmətlər

İşsizlikdən sığorta

[redaktə | mənbəni redaktə et]

Agentlik işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması ilə yanaşı, işini itirmiş şəxslərə işsizlikdən sığorta ödəməsini təyin edən orqandır. İşsizlikdən sığorta ilə bağlı məsələlər Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” qanununu ilə tənzimlənir.[mənbə göstərin]

Aktiv Məşğulluq tədbirləri

[redaktə | mənbəni redaktə et]

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri aşağıdakılardır:[mənbə göstərin]

  • peşə hazırlığının təşkili;
  • peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi;
  • haqqı ödənilən ictimai işlərin təşkili;
  • əmək yarmarkalarının və əmək birjalarının təşkili;
  • özünüməşğulluğa kömək göstərilməsi;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi;
  • sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;
  • qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri.

Özünüməşğulluq

[redaktə | mənbəni redaktə et]

Dövlət Məşğulluq Xidməti tərəfindən Özünüməşğulluq Proqramı çərçivəsində Proqrama cəlb edilmiş insanlara verilən inək və qoyunlarla bağlı bir sıra iddialar irəli sürülüb. İnək və qoyun alan insanlar həmin heyvanların qoca, dişi tökülmüş, xəstə olduğunu iddia ediblər və həmin heyvanların görüntüləri sosial şəbəkələrdə, mətbuatda yayılıb.

“Alo Karyera” pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qrupları üçün əlaçatanlığını, göstərilən xidmətin keyfiyyətini və ünvanlanmış müraciətin operativ cavablandırılmasını təmin edərək şəxslərin şəxsi və peşəkar inkişafına kömək göstərilməsi məqsədilə həyata keçirildiyi iddia olunan dəstək xidmətidir. Xidmətə müraciət edən şəxslərə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, rezümelərin hazırlanması ilə əlaqədar tövsiyələrin verilməsi və qiymətləndirilməsi və müsahibəyə hazırlıqla əlaqədar zəruri köməkliyin göstərilməsi.[mənbə göstərin]

Yerli və beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Yerli əməkdaşlıq (Sosial tərəfdaşlar və s.)

Agentlik Əsasnaməsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirərkən öz səlahiyyətləri daxilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları ilə, mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərlə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.[mənbə göstərin]

[5]Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvüdür və indiyədək bu təşkilatın 57 Konvensiyasını, o cümlədən 7 mühüm Konvensiyasını — "Məcburi əmək haqqında" 29 №-li, "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 №-li, "Məşğulluq sahəsində siyasət haqqında" 122 №-li, "Məşğulluq xidmətinin təşkili haqqında" 88 №-li, "Əlillərin peşə reabilitasiyası və məşğulluğu haqqında" 159 №-li Konvensiyalarını bütünlüklə ratifikasiya etmişdir.

Ölkənin əmək və məşğulluq sahəsində qanunvericiliyi hazırlanarkən və təkmilləşdirilərkən, BƏT-in ratifikasiya olunmuş konvensiyalarından, Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasından, Avropa Sosial Təminat Məcəlləsindən, habelə Azərbaycanın üzv olduğu Avropa Şurasının alt komitələri ilə sosial sahədə əməkdaşlıq müstəvisində imzalanan sənədlərdən irəli gələn tələblər, beynəlxalq hüquqi normalar ciddi şəkildə nəzərə alınmışdır.

Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 15 noyabr 2006-cı il tarixdə Cenevrə şəhərində imzalanmış "Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006–2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı" rəhbərlik və icra üçün qəbul edilmişdir.


Dövlət Proqramları və Agentliyin fəaliyyəti (istiqamətlər üzrə: Gənclər, Qadınlar və s.)

Dövlət Proqramlarının, o cümlədən "Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997–2000-ci illər)", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003 −2006-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004 −2008-ci illər)"nın qurumla əlaqəsi olmuşdur.

Əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı(2007–2010-cu illər)"nda əsas məqsəd olub.

Bu Proqramlar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009-cu illər)"[6]nın təsdiq edilməsi haqqında Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planında nəzərdə tutulmuş "Azərbaycan Respublikasında gənclərin məşğulluğunun təmin edilməsi sahəsində Milli Fəaliyyət Planının hazırlanması" və "Gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması" bəndinin icrasını və digər vacib məsələləri əhatə edir. Proqramlarda əhalinin bütün kateqoriyalarının, o cümlədən gənclərin məşğulluğunun gələcəkdə daha da gücləndirilməsinə xüsusi yer verilmişdir.

  1. "ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb". Apa.az (az.). 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-16.
  2. "Dövlət Məşğulluq Agentliyi 40 milyon manatlıq tenderə yekun vurub". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.
  3. "Dövlət Məşğulluq Agentliyi 920 min manatlıq tenderin qalibini - ELAN ETDİ". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.
  4. "Dövlət Məşğulluq Agentliyi ötən il 100 milyon manata yaxın zərər edib". 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  5. "Azerbaijan Public Employment Agency". European Social Network (ingilis). 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  6. ""Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqram » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]