Əminə Buğra

Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir.

Əminə Buğra
bayraq
Qanunverici Yuan
Vəzifədədir
1948 – 1955-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xotan, Sin İmperiyası
Fəaliyyəti siyasətçi
Dini islam
Hərbi xidmət
Mənsubiyyəti  ÇXR
Milli Universitetin Qadın Nümayəndələri Əminə Buğra, Qiao Jiafu, Hadvan, Vu Jingbin
Parlamentə seçilən nümayəndələrin Tayvan adasına gedərkən

Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi.[1] O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur.

1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.

1955-ci il oktyabrın 20-də Qanunverici Yuandan istefa vermişdir.[2] Əmi nə Buğranın istefa məsələsinə gəlincə bu həyat yoldaşı ilə bağlı olmuşdur. Belə ki, Məhəmməd Əmin Buğra 1955-ci ildə Türkiyəyə köç etdiyindən rəsmən bu ölkənin pasportunu almışdır. Çin Respublikası qanunlarına görə həyat yoldaşı başqa ölkənin vətəndaşı olduğundan Əminə Buğra istefa vermək məcburiyyətində qalmışdır.[3][4]

  1. 新疆的國大代表羣 《國民大會特輯》 p232
  2. (45)台統(一)字第1643號(45.02.17),Presidential Official Gazette, number 681
  3. 新疆省立法委員愛美娜函請辭去立法委員職務,依法註銷名籍案備案」,(45)台統(一)字第1643號(45.02.17),《總統府公報》第681號
  4. 關於愛美娜請辭立法委員職務一案……據我國駐土耳其大使館代電,為立委愛美娜面告,其夫穆罕默德伊敏已正式加入土國國籍,依照土國國籍法,丈夫歸化後,其妻亦同時取得土耳其國籍,惟本人一向效忠政府,且係現任立委,不願因丈夫之轉入圾,而致喪失中國國籍,曾先向土內政部表示異議,不得要領,刻伊敏入土籍手續完成,原持中國護照,已交土國政府收存,本人雖依法隨同歸化,迄尚未奉核發入籍證件,惟本人護照亦已由伊敏送交土政府,伊敏為留土謀生便利改入土籍,本人雖反對亦無可如何,擬即呈辭立委職務等語……夫妻間為此事時有爭辯……平日對其夫伊敏與艾沙輩主持之新省獨立運動,深致不滿,並用各種方式密向本館報告」,「中國國民黨第七屆中央委員會常務委員會會議紀錄」。《陳誠副總統文物》008000001206A