Sintszyan-Uyğur Muxtar Rayonu

Sincan-Uyğur Muxtar Rayonu[5][6][7] və ya Sintszyan-Uyğur Muxtar Rayonu[8][9] (çin. sadə. 新疆维吾尔自治区, pinyin: Xīnjiāng Wéiwú'ěr Zìzhìqūuyğ. شىنجاڭ ئۇيغۇر ئاپتونوم رايونى, qısa olaraq: çin. sadə. 新疆, pinyin: XīnjiāngŞincyanq) — Çin Xalq Respublikasında inzibati-ərazi vahidi. 1 oktyabr 1955-ci ildə yaradılıb. Ərazisi 1.66 milyon km²-dən çoxdur və bu göstərici ilə ÇXR-da əyalət səviyyəsində ən iri inzibati-ərazi vahidləri arasında ilk yeri tutur.

Sincan (Şərqi Türkistan)
çin. 新疆维吾尔自治区
uyğ. شىنجاڭ ئۇيغۇر ئاپتونوم رايونى
Gerb
Gerb
Paytaxt Urumçi
Sahəsi Dünyada 1-ci
 • Ümumi 1664897.17[1][2] km²
Əhalisi
 • Əhali 22 327 800[1] nəfər (25-ci)
 • Siyahıyaalma (2010) 21 815 815[3] nəf.
 • Sıxlıq 13.10 nəf./km² (29-cu)
 • Ümumi 1.379.760.000.000 ¥[4]
Demonim Uyğur
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sitazyan Çin dilində sonradan gəlmiş mənasını verir.

Uyğurlar Böyük Hun İmperiyasının varlığında dəyərli bir rol oynayıblar. Bu tarix bizim eradan əvvəl 220-ci ildən başlayaraq bizim eranın 386-cı ilinə kimi davam edib.

Uzun bir tarix boyunca Şərqi Türkistan Mərkəzi Asiyada qurulmuş olan türk dövlətlərinin və xanlıqlarının mərkəzi olmuşdur. E.ə. VIII–III əsrlərdə İskit, e.ə. 300 – eramızın 93-cü illərdə hunlara, 522–744 dövründə Göytürk İmperatorluğuna, 744–840-cı illər ərzində Uyğur dövlətinə, 751–870-ci illər QarluqQaraxanlılar İmperatorluğuna və Səudiyyə Xanlığına mərkəz olan (1509–1679) bu Türk yurdu tarixdə daim əhəmiyyət kəsb etmişdir. 1397-ci idə Qaraxoca və Qaraxanilər dövlətləri birləşdilər. Bu dövlət 1759-cu ilə qədər müstəqilliyini qoruyub saxlaya bildi. Bu dövrdə isə ölkəyə hər tərəfdən mancur hücumları başladı. 1397-ci idə Qaraxoca və Qaraxanilər dövlətləri birləşdilər. Bu dövlət 1759-cu ilə qədər müstəqilliyini qoruyub, saxlaya bildi. Bu dövrdə isə ölkəyə hər tərəfdən mancur hücumları başladı. Mancurlar bölgəni 1862-ci ilə kimi əldə saxladılar, idarə etdilər. 1759-cu ildən 1862-ci ilə kimi uyğurlar üst-üstə 42 dəfə ölüm-dirim mübarizəsinə qalxdılar, üsyan qaldırdılar. Ümumiyyətlə bu ərazidə orta əsrlər dövrünün sonunda, yeni dövrün əvvəllərində üç müstəqil və yarımasılı dövlətlər mövcud olmuşdur. Bunlar Yarkənd xanlığı, Kumul xanlığı, Dunqan xanlığı və sonuncusu olan Yettişar (Yeddişəhər) xanlığı idilər. VIII və XVIII əsrlər arasındakı min illik dövr Çin İmperiyası ilə əhəmiyyətli dərəcədə mədəni və siyasi əməkdaşlığın həyata keçirildiyi bir sülh dövrü olmuşdur. Ancaq bu sülh dövrü Şərqi Türkistanın 1759-cu ildə Çin Mançu İmperiyasının işğalı ilə sona çatmışdır. 1759-cu ildən bu yana Şərqi Türkistanda 200-dən çox silahlı qiyam olmuş və Şərqi Türkistan xalqı 3 dəfə azadlığın dadını dadma fürsəti bulmuştur. 1863-cü ildə müstəqilliyinə qovuşan Şərqi Türkistanda Yaqub Xanın sədrliyi ilə "Şərqi Türkistan İslam Dövləti" qurulmuş və bu dövlət Qacar İmperiyası, Osmanlılar, İngiltərəRusiya tərəfindən rəsmi olaraq tanınmışdır. Bu dövrdə ingilislər uyğurların Rusiya ilə qonşu olduğunu nəzərə alaraq düşündülər ki, uyğurlar Rusiyanın təsiri altına düşəcəklər. Bu səbəbdən də ingilislər mancurları silahlandırdılar, həm də böyük maliyyə dəstəyi göstərdilər, onları yenidən Şərqi Türkistana geri qayıtmağa sövq etdilər. Ancaq bu müstəqil Türk dövlətinin ömrü qısa sürmüş və 1876-cı ildə Çin-Mançu dövləti tərəfindən yenidən işğal edilmiş və 1884-cü ildə Sincan "Yeni Torpaq" adı ilə Çin imperiyasına birləşdirilmişdir. Çində "Şincan" – "yeni ərazi, sərhəd" anlamındadır". O dövrdə işğal edilən Uyğur dövlətinin ərazisi indiki Qazaxıstandan çox böyük idi.

Şərqi Türkistan İslam Respublikası

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Mərkəzi Asiyada böyüyən millətçilik axını nəticəsində 1933-cü ildə Kaşgarda Şərqi Türkistan İslam Respublikası qurulmuşdur. Bu Respublikanın ömrü 1937-ci ildə başa çatmışdır.

Şərqi Türkistan Respublikası

[redaktə | mənbəni redaktə et]

1944-cü ildə Gulca şəhəri çinlilərdən təmizlənmiş, "Üç Vilayət İnqilabı" olaraq tanınan bu qiyamlar nəticəsində Şərqi Türkistan Türkləri Əli xanın başçılığı ilə İkinci Şərqi Türkistan Respublikasını qurmuşlar. Bütün Çinə hakim olan Kommunist Çin Qüvvələri 1949-cu ildə Stalinin də xeyir-duası ilə Şərq Türkistana girərək, bu tarixi Türk ölkəsini rəsmi olaraq işğal etmişdir.

Çin ötən yüzilin 50-ci illərindən Şərqi Türkistana çinliləri göndərdi ki, milli azlıqların sayını azaltsın. Çağdaş Şərqi Türkistan Qazaxıstanla, Qırğızıstanla, Monqolustanla, Tibet, Hindistan, Pakistanla sərhəddir. 1949-cu ildən bu yana Çin Xalq Respublikasının idarəçiliyi altında olan Şərqi Türkistan 1,828 milyon kvadrat kilometrlik bir ərazidir. Dünyanın hər hansı yerində işğal altında qalan ikinci belə böyük bölgə yoxdur. Çin ötən yüzilin 50-ci illərindən başlayaraq iç bölgələrindən Şərqi Türkistana çinliləri göndərməyə başladı ki, oralarda milli azlıqların sayını azaltsınlar. Çində uyğurlara münasibətdə keçmiş sovet ənənələrindən bəhrələnməyə indi də davam edir. Şərqi Türkistan bölgədə torpağının varına görə ən üstün bir yerdir. Bura təbii ehtiyatlarıyla, xammalıyla (kömür, neft ehtiyatları, qaz, qızıl, xrom, qalay, nikel, çox nadir metallar, kimyəvi duzlar və s.) çox zəngindir.

Sincan–Uyğur Muxtar Rayonu 1664897.17[1] km² ərazini əhatə edir. Muxtar rayonun ərazisinin çox hissəsini Cunqariya və Qaşqariya düzənlikləri tutur. Düzənliklər Şərqi Tyanşan silsilələri (hündürlüyü 7.000 m-dən çox) ilə bölünmüşdür.

Türk dünyasının ən hündür nöqtəsi olan Çoqari(8611m) burada yerləşir.O, Qaraqorum dağlarının zirvəsidir.

Torpaq örtüyü

[redaktə | mənbəni redaktə et]

Faydalı qazıntılar

[redaktə | mənbəni redaktə et]

Çin respublikasının iqtisadiyyatından asılıdır. Maldarlıq inkişaf etmişdir. 2011-ci ilə olan məlumata əsasən adambaşına düşən ÜDM-un həcmi 4.663 ABŞ dollarıdır.[10]

Dövlət qruluşu

[redaktə | mənbəni redaktə et]

Yerli özünüidarə

[redaktə | mənbəni redaktə et]

ÇXR-sı qurulandan sonra Sincanda gerçəkləşmiş ilk rəsmi siyahıyaalınma zamanı burada 4.873.608 nəfər əhali qeydə alınmışdı, bütün Çində qeydə alınmış etnik uyğurların, yəni 3.640.125 nəfərin hamısı isə bu bu inzibati-ərazi vahidində məskunlaşmışdı. Uyğurlar Sincan əhalisinin 74,69%-ni təşkil edirdi, etnik xanların sayı isə 299 min nəfər olmaqla bölgə əhalisinin təxminən 6,10%-nə bərabər idi.

1 noyabr 2010-cu il siyahıyaalınmasının yekunlarına əsasən Sincan əhalisi 21.815.815 nəfər (11270147 nəfəri kişilər, 10545668 nəfəri qadınlar) idi.[11] Onlardan 9.335.752 nəfəri (4786291 nəfəri kişilər, 4549461 nəfəri qadınlar) və ya ümumi əhalinin 42,79%-i şəhərlərdə, 12.480.063 nəfəri (6483856 nəfəri kişilər, 5996207 nəfəri qadınlar) və ya ümumi əhalinin 57,21%-i isə kəndlərdə yaşayırdı.

2012-ci ilin sonuna olan rəsmi məlumata əsasən muxtar rayonda 22.327.800[1] nəfər əhali yaşayır. Onlardan 9.819.766 nəfəri və ya ümumi əhalinin 43,98%-i şəhər əhalisidir, qalan 12.508.034 nəfər və ya ümumi əhalinin 56,02%-i isə kəndlərdə məskunlaşmışdır.[12][13]

No Şəhər Rəsmi adı İnzibati-ərazi vahidi Əsası qoyulub Əhalisi
2010 sa.[14]
Şəkil
1 Urumçi 乌鲁木齐
3 029 372
2 Korla 库尔勒
549 324
3 Aksu 阿克苏
535 657
4 Külcə 伊宁
515 082
5 Qaşqar 喀什
506 640
6 Qumul 哈密
472 175
7 Sanci
426 253
8 Qaramay 克拉玛依
391 008
9 Şihənzə 石河子
380 130
10 Xotan 和田
322 300
11 Usu 乌苏
298 907
12 Turfan 吐鲁番
273 385
13 Artuç 阿图什
240 368

Dəmiryol nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Avtomobil nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Çində təhsillə bağlı belə bir qərar qəbul olunub: "İkili təhsil" o deməkdir ki, bir insan öz doğma dilindən əlavə həm də Çin dilində oxumalıdır. Hər halda uyğurların ana dillərində məktəbləri var. Uyğurların öz dillərində qəzet-jurnalları çıxır. Əlifba məsələsində əvvəlcə ərəb əlifbasında yazırdılar, sonra kiril əlifbasını qəbul etdilər, sonra latına keçdilər, indi təzədən ərəb əlifbasının hərfləri əsasında uyğur dil intonasiyasına uyğun olaraq əlifba yaratdılar. Bu gün sözügedən əlifbada yazırlar. Həmçinin məktəbləri, universitetləri var. Uyğurların xüsusən dəqiq elmlər, informasiya texnologiyaları, təbabət, ədəbiyyat, tarix sahəsində ciddi imzalı alimləri var. Qazaxıstanın və Orta Asiya respublikalarının Çinlə bağladığı bir müqavilə var: immiqrasiya edərək Orta Asiya ölkələrinə gəlib oxuyan, evlənən uyğur gəncləri hər hansı iş qurmaq istəyəndə dərhal Çinə göndərilir, orda da "pantürkist", "bölücü" kimi mühakimə edilir, həbsxanalara atılırlar. Ancaq uyğurların Avropa ölkələrində hərəkatları, Orta Asiya ölkələrində təşkilatları, Uyğur teatrı, mədəniyyət evləri, dərnəkləri var. Qazaxıstanda Sadvakasov adına Şərqşünaslıq İnstitutu var, əvvəllər bura Uyğurşünaslıq İnstitutu adlanırdı. Hazırda orda "Uyğurşünaslıq" bölümü, Yazıçılar İttifaqının nəzdində Uyğur bölməsi var. Bu gün uyğur gəncləri elmlə geniş məşğul olmaq üçün Yaponiyaya üz tuturlar.

İnsan haqları

[redaktə | mənbəni redaktə et]

Cinayətkarlıq

[redaktə | mənbəni redaktə et]

Televiziya və Radio

[redaktə | mənbəni redaktə et]

Telekommunikasiya

[redaktə | mənbəni redaktə et]

Dövlət bayramları və xüsusi günlər

[redaktə | mənbəni redaktə et]

Xüsusi günlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 新疆 — 中国政府网 Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine  (çin.) — yoxlanılıb: 07.11.2014
  2. China administrative divisions by area – Paul and Bernice Noll Website Arxivləşdirilib 2015-03-12 at the Wayback Machine  (ing.) — yoxlanılıb: 14.11.2014
  3. 1 2 中华人民共和国国家统计局 Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine: 1-6 各地区分性别、民族的人口 Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine  (çin.) — yoxlanılıb: 09.11.2014
  4. https://data.stats.gov.cn/english/easyquery.htm?cn=C01.
  5. "Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının (ÇXR) Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR) Hökuməti arasında Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiya çərçivəsində Azərbaycan Respublikası və SUMR arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında Protokol". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  6. "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 2012-ci il iyunun 12-də Pekin şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.)). president.az. 2012-11-02. 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
  7. "Azərbaycan və Çinin Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclası keçirilmişdir" (az.)). economy.gov.az. 2013-07-12. 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
  8. Синтсзјан-Ујғур Мухтар Рајону // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 452.
  9. Çin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. ?. ISBN 978-9952-441-11-6.
  10. China Provinces, Autonomous Regions and Municipalities. Population numbers have been Updated for the 2010 Census. GDP numbers have been updated by 2011 figures (GDP Rank includes Provinces) Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine  (ing.) — yoxlanılıb: 19.11.2014
  11. 中华人民共和国国家统计局 Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine: 1–2 各地区分性别、户口登记状况的人口 Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine  (çin.) — yoxlanılıb: 10.11.2014
  12. National Bureau of Statistics of People's Republic of China Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine: China Statistical Yearbook 2013 Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine: 3–5 Population at Year-end by Region (xls.) Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine  (ing.) — yoxlanılıb: 10.11.2014
  13. National Bureau of Statistics of People's Republic of China Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine: China Statistical Yearbook 2013 Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine: 3–7 Total Population by Urban and Rural Residence and Birth Rate, Death Rate, Natural Growth Rate by Region (2012) (xls.) Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine  (ing.) — yoxlanılıb: 10.11.2014
  14. China — Xinjiang Weiwu'er Zizhiqu Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]